Icma.az
close
up
RU
Xudafərin körpüsü Vətən müharibəsi dönəmində tarixin sükutunu sındıran zəfərin simvoluna çevrildi

Xudafərin körpüsü Vətən müharibəsi dönəmində tarixin sükutunu sındıran zəfərin simvoluna çevrildi

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün Azərbaycan xalqı Vətən müharibəsinin ən şanlı səhifələrindən birini, Xudafərin körpüsünün işğaldan azad edilməsinin 5-ci ildönümünü qürurla qeyd edir. 2020-ci ilin oktyabr ayında Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti bərpa etdi, əsrlər boyu milli kimliyimizin, birliyimizin və dövlət müstəqilliyimizin simvoluna çevrilmiş Xudəfərin körpüsü yenidən Vətənə qovuşdu.

Politoloq Nicat İsmayılov Bizimyol.info xəbər portalına açıqlmasında bildirib ki, bu hadisə təkcə hərbi əməliyyatın uğuru deyil, həm də Azərbaycanın tarixi və mənəvi sərhədlərinin bərpası, Zəngilan və Cəbrayıl rayonlarının azadlığına gedən yolun zirvəsi, xalqın milli ruhunun qələbəsi idi.

Nicat İsmayılov

“Xudafərin körpüləri - biri XI, digəri XIII əsrdə inşa edilmiş iki möhtəşəm memarlıq abidəsidir. Bu körpülər təkcə Araz çayı üzərində tikilmiş mühəndis möcüzəsi deyil, həm də Azərbaycanın sivilizasiya, mədəniyyət və dövlətçilik tarixinin canlı şahididir. Əsrlər boyunca bu körpülər Qafqazla Ön Asiyanı birləşdirmiş, Böyük İpək Yolunun mühüm ticarət və strateji nöqtələrindən biri olmuşdur.

Xudafərin həm də milli yaddaşın körpüsüdür. Nizami Gəncəvinin, Xətainin, Babəkin dövründən bu günə qədər xalqımızın mədəni irsini, mübarizə ruhunu və birliyini simvolizə edib. 1993-cü ildə Zəngilan və Cəbrayılın işğalı ilə bu körpülər də düşmən nəzarətinə keçmiş, tariximizlə canlı bağımız qoparılmışdı”-deyən politoloq qeyd edib ki, 2020-ci ilin Oktyabr ayında Azərbaycan əsgəri bu tarixi bağları yenidən birləşdirdi, Xudafərin körpüsü üzərindən yenidən üçrəngli bayrağımız ucaldı.

Nicat İsmayılov hesab edir ki, Xudafərin körpüsünün azad edilməsi Vətən müharibəsinin ən strateji və simvolik əməliyyatlarından biri oldu: “Bu qələbə həm coğrafi, həm də siyasi baxımdan mühüm mərhələ idi. Birincisi, körpünün yerləşdiyi ərazi, Cəbrayıl və Zəngilan rayonlarının sərhəd zolağı, Ermənistanın təxminən 30 il ərzində işğalda saxladığı strateji ərazilər idi. Bu bölgənin azad olunması, Azərbaycan ordusunun Araz çayı boyunca irəliləməsinə, İranla sərhəd boyunca tam nəzarətin bərpasına imkan yaratdı. İkincisi, Xudafərin əməliyyatı, ordumuzun müharibə strategiyasının növbəti mərhələsinə keçidini, Zəngilan, Qubadlı və Şuşaya aparan yolun açılmasını təmin etdi. Üçüncüsü, bu qələbə təkcə hərbi üstünlük deyil, həm də tarixi-siyasi simvolizmi olan mənəvi qələbə idi. Çünki Xudafərin Azərbaycanın dövlətçilik yaddaşının, mədəni kimliyinin və birliyinin rəmzidir.

Cənab Prezident İlham Əliyev həmin gün tarixə düşən sözlərini söylədi: “Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı dalğalanır. Bu, bizim tarixi zəfərimiz, milli qürurumuzdur. Azərbaycan Ordusu öz torpaqlarını azad edir, ədaləti bərpa edir”. Bu bəyanat həm xalqın ruhuna, həm də beynəlxalq aləmə mesaj idi. Azərbaycan tarixinin ən böyük milli birliyini və siyasi iradəsini nümayiş etdirir. 44 günlük Vətən müharibəsində əldə olunan hər bir qələbənin arxasında cənab Prezident İlham Əliyevin strateji düşüncəsi, qətiyyəti və milli birliyi təmin edən siyasəti dayanırdı. Xudafərin körpüsünün azad olunması da bu siyasətin təzahürüdür. Azərbaycanın illər ərzində qurduğu güclü ordu, çevik diplomatiya, beynəlxalq dəstək, milli həmrəylik və texnoloji modernləşmə bu qələbəni mümkün etdi. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm diplomatik müstəvidə ədaləti təmin etdi, həm də müharibə meydanında 30 illik işğalın sona çatdırılması üçün qəti addımlar atdı”-deyən politoloq vurğulayıb ki, bu siyasətin nəticəsində Azərbaycan beynəlxalq hüququn prinsiplərini təkbaşına bərpa etdi, BMT qətnamələrinin icrasını ədalət və güc yolu ilə həyata keçirdi.

Politoloqun sözlərinə görə, bu gün Xudəfərin yalnız bir memarlıq abidəsi deyil, müasir Azərbaycanın yenidən doğuluşunun rəmzidir, onun bərpası və qorunması istiqamətində dövlət səviyyəsində mühüm layihələr həyata keçirilir: “Zəngilan, Cəbrayıl və Cənbərli ərazilərində “Böyük Qayıdış” proqramı çərçivəsində aparılan yenidənqurma işləri bu bölgəni ekoloji, iqtisadi və turizm baxımından yeni inkişaf mərkəzinə çevirir. Xudafərin körpüsü həm də Zəngəzur dəhlizi konsepsiyası ilə sıx bağlıdır. Bu körpü gələcəkdə regionun beynəlxalq kommunikasiya və nəqliyyat arteriyalarının bir hissəsinə çevriləcək. Tarixi missiyası kimi bu dəfə də xalqı, regionu və dövlətləri birləşdirəcək. Bu qələbə Azərbaycan Ordusunun, şəhid və qazilərimizin qanı, cəsarəti və fədakarlığı hesabına qazanıldı. Xudafərin körpüsü üzərində dalğalanan bayraq, şəhidlərimizin müqəddəs xatirəsini, Vətən sevgisini və Azərbaycan xalqının əyilməz iradəsini təcəssüm etdirir. Bu gün xalqımız Xudafərin üzərində dalğalanan bayrağa baxarkən yalnız bir körpünü deyil, ölkənin bütövlüyünü, ərazi suverenliyini və müstəqil dövlətin qürurunu görür.

Beş il əvvəl 2020-ci ilin oktyabrında, Azərbaycan tarixi ədaləti bərpa etdi. Bu gün Xudafərin körpüsü yalnız daş və su üzərində qurulmuş bir abidə deyil, Azərbaycan xalqının milli ruhu, azadlıq arzusu və dövlətçiliyinin əbədi rəmzidir. Bu qələbə göstərdi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Hər bir qarış torpağı üçün döyüşəcək. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı bu gün tarixinin ən möhtəşəm dövrünü yaşayır. Bərpa, qayıdış və dirçəliş dövrünü”.

Nicat İsmayılov bildirib ki, Xudafərin körpüsü artıq təkcə keçmişin yadigarı deyil, gələcəyə aparan Zəfər körpüsüdür

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 Oktyabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri