Prezidentin Qərb haqda ANALİZİ: “Siyasi və mənəvi böhranı göz qabağındadır, bu sistem artıq tükənib”
Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“İndi heç kimə sirr deyil ki, yeni dünya nizamı formalaşdırılır. Hesab edirəm ki, biz bu prosesin başlanğıcındayıq, bir çox boşluqlar yaranmaqdadır və yaranacaq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev yerli televiziya kanallarına müsahibə VERDİ - FOTO/VİDEO
İkinci Dünya müharibəsindən sonra yaranmış sistemin artıq öz potensialını itirdiyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, bunu bir çox yerlərdə gedən proseslər, münaqişələr, müharibələr və sair hadisələr göstərir.
“Eyni zamanda, aparıcı Qərb ölkələrində siyasi və mənəvi böhran da göz qabağındadır. Yəni, bu gün Qərbin üzləşdiyi vəziyyəti ən çox tənqid edən Qərbin aparıcı ölkəsinin seçilmiş prezidentidir, haqlı olaraq tənqid edir. Çünki bu sistem artıq tükənib”, - deyə Azərbaycan Prezidenti əlavə edib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 07 Yanvar 2025 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















