Icma.az
close
up
RU
Prezidentin qətiyyəti Rusiya üzrxahlıq etdi

Prezidentin qətiyyəti Rusiya üzrxahlıq etdi

Icma.az bildirir, Report.az portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putin “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin dekabrın 25-də Rusiya ərazisində “Pantsir-S1” hava hücumundan müdafiə sistemi tərəfindən vurulması ilə bağlı dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.

Nəhayət ki, gözlənilən zəng gəldi və Rusiya Prezidenti Azərbaycan cəmiyyətinin, bütövlükdə beynəlxalq ictimaiyyətin narahatlığına son qoydu. Vladimir Putin bəyan etdi ki, baş verənlərə görə üzr istəyir. Bu, ilk növbədə, Azərbaycan Prezidentinin faciə ilə bağlı son ana qədər qətiyyətinin nəticəsi kimi qiymətləndirilməlidir.

Qəza baş verən andan Azərbaycan Prezidenti Rusiyaya səfərini yarımçıq qoyub ölkəyə qayıtdı. Ardınca hadisənin araşdırılması üçün Dövlət Komissiyası yaratdı. Faciənin baş verdiyi ərazidə həlak olanların nəşinin ölkəyə gətirilməsi, yaralıların müalicəsi və s. zəruri məsələlərin həlli ilə bağlı tapşırıq və göstərişlərini verdi.

Qəzadan bir müddət sonra mediada təyyarə qəzasının Rusiya ərazisində hava hücumundan müdafiə sistemi tərəfindən hücumuna məruz qaldığı barədə Azərbaycan hakimiyyətinə istinadən xəbərlər yayıldı. Bildirildi ki, təyyarəyə kənar müdaxilə olub və qəza da bu səbəbdən baş verib.

Bu xəbərdən sonra həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq ictimaiyyətdə Rusiya tərəfinin baş verənlərə görə üzrxahlıq edəcəyi, eyni zamanda, məsələyə aydınlıq gətirəcəyinə böyük ümidlər yarandı.

Daha sonra ölkə vətəndaşlarının təhlükəsizliyi məqsədilə Azərbaycandan Rusiyanın 10 şəhərinə - Qroznı, Mahaçqala, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratova uçuşlar dayandırıldı. Bu addım da ölkə rəhbərliyinin vətəndaşların təhlükəsizliyinə verdiyi önəmin göstəricisi idi.

Yaranmış vəziyyət təkcə Azərbaycanda deyil, aviasiya daşımalarının təhlükəsizliyindən narahat olan digər ölkələrdə də diqqət mərkəzindədir.

Rusiya Prezidentinin üzrxahlığı ondan xəbər verir ki, Moskva Azərbaycanla ikitərəfli münasibətlərin dost və strateji həddə saxlamasında maraqlıdır. Münasibətlərə xələl gətirilməsi onun mövqeyinə uyğun deyil.

Vladimir Putin

Növbəti addım isə, şübhəsiz ki, təyyarə qəzası zamanı həlak olanların ailələrinə beynəlxalq qanunvericiliklə nəzərdə tutulmuş kompensasiya, müəyyən təzminatların ödənilməsidir. Ümid edirik ki, bu da olacaq. Bunu beynəlxalq hüquq da zəruri edir.

Digər bir addım isə hadisənin törədilməsində günahı olan şəxslərin cəzalandırılmasıdır. Bəli, Rusiya faktla bağlı cinayət işi açıb. Belə ki, Aktauda fövqəladə hadisədən sonra Rusiya İstintaq Komitəsi hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi başladıb. İbtidai istintaq hərəkətləri aparılır, mülki və hərbi mütəxəssislər dindirilir.

Ümidvarıq ki, günahkar şəxslər layiqli cəzalarını alacaqlar.

Xatırladaq ki, qəza baş verəndən sonra Rusiyanın müxtəlif dairələrində fərqli bəhanələr gətirildi. Gah təyyarənin quş dəstəsi ilə toqquşduğu, gah oksigen balonunun partladığı iddiaları səsləndi. Rusiyanın aidiyyəti orqanlarının məsuliyyətsizliyi həm də ondadır ki, Çeçenistan ərazisində "Kovyor" planı tətbiq edilir. Lakin nədənsə hava məkanı qapalı elan olunmayıb.

Qapalı rejim havada olan bütün təyyarələrin dərhal eniş etməsi və ya belə rejimin tətbiq olunduğu zonadan çıxmasını nəzərdə tutur.

Eniş aeroportundakı dispetçerlər Azərbaycandan gələn təyyarəni təhlükə barədə xəbərdar etməyiblər - çox güman ki, istintaq bu sula da aydınlıq gətirəcək. Bu, həm də Rusiyanın maraqlarına uyğundur.

Yaranmış vəziyyətlə əlaqədar Rusiyanın Çeçenistan Respublikası rəhbərliyinin atdığı addımlar da təəssüf doğurdu. Məsələn, təyyarənin vurulmasından sonra respublika rəhbəri Ramzan Kadırov qohumu, Qroznının hava hücumundan müdafiəsinə cavabdeh olan Həmzət Kadırovu təltif etdi. Bu isə cəmiyyətdə Çeçenistan liderinin Azərbaycana hörmətsizliyi kimi qarşılandı.

Lakin hesab edirik ki, “qara qutu”ların açılmasından sonra qaranlıq qalan bütün məsələlərə və suallara aydınlıq gətiriləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://report.az
archiveBu xəbər 28 Dekabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see331

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see316

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see313

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see296

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see296

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see294

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see281

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see259

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see249

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see244

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see242

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see241

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see233

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see229

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see215

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see210

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see190

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see188

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see174

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri