Icma.az
close
up
RU
Prezidentin qətiyyəti Rusiya üzrxahlıq etdi Xəbər saytı Son xəbərlər və Hadisələr

Prezidentin qətiyyəti Rusiya üzrxahlıq etdi Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" təyyarəsinin dekabrın 25-də Rusiya ərazisində "Pantsir-S1" hava hücumundan müdafiə sistemi tərəfindən vurulması ilə bağlı dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

BAKU.WS "Report.az"a istinadən xəbər verir ki, dövlət başçıları, həmçinin faciə ilə əlaqədar başlanılmış istintaq prosesinin tam şəffaf şəkildə aparılacağını və mütəmadi qaydada ictimaiyyətə məlumat veriləcəyini vurğulayıblar.

Nəhayət ki, gözlənilən zəng gəldi və Rusiya Prezidenti Azərbaycan cəmiyyətinin, bütövlükdə beynəlxalq ictimaiyyətin narahatlığına son qoydu. Vladimir Putin bəyan etdi ki, baş verənlərə görə üzr istəyir. Bu, ilk növbədə, Azərbaycan Prezidentinin faciə ilə bağlı son ana qədər qətiyyətinin nəticəsi kimi qiymətləndirilməlidir.

Qəza baş verən andan Azərbaycan Prezidenti Rusiyaya səfərini yarımçıq qoyub ölkəyə qayıtdı. Ardınca hadisənin araşdırılması üçün Dövlət Komissiyası yaratdı. Faciənin baş verdiyi ərazidə həlak olanların nəşinin ölkəyə gətirilməsi, yaralıların müalicəsi və s. zəruri məsələlərin həlli ilə bağlı tapşırıq və göstərişlərini verdi.

Qəzadan bir müddət sonra mediada təyyarə qəzasının Rusiya ərazisində hava hücumundan müdafiə sistemi tərəfindən hücumuna məruz qaldığı barədə Azərbaycan hakimiyyətinə istinadən xəbərlər yayıldı.

Bildirildi ki, təyyarəyə kənar müdaxilə olub və qəza da bu səbəbdən baş verib.

Bu xəbərdən sonra həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq ictimaiyyətdə Rusiya tərəfinin baş verənlərə görə üzrxahlıq edəcəyi, eyni zamanda, məsələyə aydınlıq gətirəcəyinə böyük ümidlər yarandı.

Daha sonra ölkə vətəndaşlarının təhlükəsizliyi məqsədilə Azərbaycandan Rusiyanın 10 şəhərinə - Qroznı, Mahaçqala, Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara, Nijni Novqorod, Vladiqafqaz və Saratova uçuşlar dayandırıldı. Bu addım da ölkə rəhbərliyinin vətəndaşların təhlükəsizliyinə verdiyi önəmin göstəricisi idi.

Yaranmış vəziyyət təkcə Azərbaycanda deyil, aviasiya daşımalarının təhlükəsizliyindən narahat olan digər ölkələrdə də diqqət mərkəzindədir.

Rusiya Prezidentinin üzrxahlığı ondan xəbər verir ki, Moskva Azərbaycanla ikitərəfli münasibətlərin dost və strateji həddə saxlamasında maraqlıdır. Münasibətlərə xələl gətirilməsi onun mövqeyinə uyğun deyil.

Növbəti addım isə, şübhəsiz ki, təyyarə qəzası zamanı həlak olanların ailələrinə beynəlxalq qanunvericiliklə nəzərdə tutulmuş kompensasiya, müəyyən təzminatların ödənilməsidir. Ümid edirik ki, bu da olacaq. Bunu beynəlxalq hüquq da zəruri edir.

Digər bir addım isə hadisənin törədilməsində günahı olan şəxslərin cəzalandırılmasıdır. Bəli, Rusiya faktla bağlı cinayət işi açıb. Belə ki, Aktauda fövqəladə hadisədən sonra Rusiya İstintaq Komitəsi hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması maddəsi ilə cinayət işi başladıb. İbtidai istintaq hərəkətləri aparılır, mülki və hərbi mütəxəssislər dindirilir.

Ümidvarıq ki, günahkar şəxslər layiqli cəzalarını alacaqlar.

Xatırladaq ki, qəza baş verəndən sonra Rusiyanın müxtəlif dairələrində fərqli bəhanələr gətirildi. Gah təyyarənin quş dəstəsi ilə toqquşduğu, gah oksigen balonunun partladığı iddiaları səsləndi. Rusiyanın aidiyyəti orqanlarının məsuliyyətsizliyi həm də ondadır ki, Çeçenistan ərazisində "Kovyor" planı tətbiq edilir. Lakin nədənsə hava məkanı qapalı elan olunmayıb.

Qapalı rejim havada olan bütün təyyarələrin dərhal eniş etməsi və ya belə rejimin tətbiq olunduğu zonadan çıxmasını nəzərdə tutur.

Eniş aeroportundakı dispetçerlər Azərbaycandan gələn təyyarəni təhlükə barədə xəbərdar etməyiblər - çox güman ki, istintaq bu sula da aydınlıq gətirəcək. Bu, həm də Rusiyanın maraqlarına uyğundur.

Yaranmış vəziyyətlə əlaqədar Rusiyanın Çeçenistan Respublikası rəhbərliyinin atdığı addımlar da təəssüf doğurdu.

Məsələn, təyyarənin vurulmasından sonra respublika rəhbəri Ramzan Kadırov qohumu, Qroznının hava hücumundan müdafiəsinə cavabdeh olan Həmzət Kadırovu təltif etdi. Bu isə cəmiyyətdə Çeçenistan liderinin Azərbaycana hörmətsizliyi kimi qarşılandı.

Lakin hesab edirik ki, "qara qutu"ların açılmasından sonra qaranlıq qalan bütün məsələlərə və suallara aydınlıq gətiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://baku.ws
archiveBu xəbər 28 Dekabr 2024 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri