Icma.az
close
up
RU
Prezidentin “qırmızı xətti”: Tehran zəng etməyə məcbur qaldı

Prezidentin “qırmızı xətti”: Tehran zəng etməyə məcbur qaldı

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“İstər Azərbaycan dövlətinin, istərsə də onun hər bir vətəndaşının təhlükəsizliyi Prezident İlham Əliyev üçün dəyişməz və keçilməz qırmızı xətdir. Dövlət başçısı hakimiyyəti dövründə dəfələrlə sübut edib ki, bu xətti heç kimin keçməsinə imkan verməyəcək. Onun illərdir yürütdüyü prinsipial və qətiyyətli siyasət bunun ən bariz sübutudur. Artıq hamıya bəllidir ki, Prezident İlham Əliyev təhlükəsizlik məsələsində kompromis tanımayan liderdir”.

 Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev deyib.

Deputat bildirib ki, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumları zamanı da dövlət başçısının necə qətiyyətli və cəsarətli mövqe sərgilədiyinin bir daha şahidi olduq: “Hadisə baş verən kimi Prezident İlham Əliyev dərhal sərt və açıq reaksiya verdi. O, Tehranın məsuliyyət daşıdığını bildirdi və İran tərəfinin üzr istəyərək hadisəyə aydınlıq gətirməsini tələb etdi. Dövlət başçısı eyni zamanda açıq mesaj verdi ki, əks halda bunun ağır nəticələri ola bilər.

Bu, təkcə Tehrana deyil, bütün dünyaya ünvanlanan ciddi mesaj idi. Prezident İlham Əliyev bir daha göstərdi ki, “Dəmir yumruq” yerindədir və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə təhlükə yaradan istənilən qüvvəyə qarşı adekvat cavab verməyə hazırdır.

Əvvəlki illərdə olduğu kimi, Tehran ilk anda məsuliyyətdən yayınmağa çalışdı və hadisə ilə əlaqəsi olmadığını bildirdi. Lakin Bakının və Prezident İlham Əliyevin qətiyyətli mövqeyi qarşısında geri addım atmaq məcburiyyətində qaldı.

Bu hadisə zamanı beynəlxalq ictimaiyyət də Azərbaycanın yanında oldu. Bir çox dünya liderləri Prezident İlham Əliyevə zəng edərək baş verən hadisəni qınadı və Azərbaycanın yanında olduqlarını bəyan etdilər. Bu telefon diplomatiyası Azərbaycanın haqlı mövqeyinin qısa müddətdə beynəlxalq səviyyədə dəstəkləndiyini və ölkəmizin artan nüfuzunu bir daha nümayiş etdirdi.

Çünki Azərbaycan heç vaxt işğalçı və təhdid siyasəti yürüdən dövlət olmayıb. Hətta torpaqları işğal altında olan Ermənistanla müharibəni belə beynəlxalq hüquq çərçivəsində aparıb. Müharibədən sonra da regionda sülh təşəbbüsü ilə çıxış edən ilk tərəf məhz Azərbaycan olub.
Bu fakt bir daha göstərdi ki, Azərbaycanla təhdid dili ilə danışmaq, ona hədə-qorxu gəlmək tamamilə mənasızdır.

Nəticədə İran prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidenti İlham Əliyevə zəng etmək məcburiyyətində qaldı. O, dövlətimizin başçısının İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneinin və digər şəxslərin həlak olması ilə bağlı İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə və İrana humanitar yardım niyyətinə görə təşəkkürünü bildirdi.
Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını desə də, hadisənin araşdırılacağını vurğuladı.

Prezident İlham Əliyev isə məsələnin obyektiv və hərtərəfli araşdırılmasının vacibliyini xüsusi qeyd etdi. Bu da bir daha göstərdi ki, İran tərəfi məsuliyyətdən yayınmağa çalışsa da, Azərbaycan öz qətiyyətli mövqeyini ortaya qoyaraq hadisənin tam və şəffaf şəkildə araşdırılmasını tələb edir”.

 Deputat əlavə edib ki, əgər İran Azərbaycanla normal və mehriban qonşuluq münasibətləri qurmaq istəyirsə, bunun yolu beynəlxalq hüquqa hörmət etməkdən keçir: “Münasibətlər qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə əsaslanmalıdır.
Azərbaycan buna hazırdır və öz siyasətini də məhz bu istiqamətdə qurub. Lakin təhdid dili heç vaxt keçərli olmayacaq. Artıq bunu hamı anlamalıdır.

Tehran isə görünür bu həqiqəti çox qısa zamanda dərk etdi. Çünki İranın hazırkı mürəkkəb geosiyasi vəziyyətində Azərbaycanla əlavə gərginlik yaşaması onun üçün heç də yaxşı nəticələr vəd etmir.

Bir sözlə, bu hadisə bir daha göstərdi ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi Azərbaycanın təhlükəsizliyinin ən böyük təminatıdır. Dövlət başçısı sülh siyasətinə sadiqdir, lakin ölkənin təhlükəsizliyi onun üçün dəyişməz qırmızı xətdir. Bu xətti keçməyə çalışan hər kəs isə qarşısında qətiyyətli və güclü Azərbaycan görəcək”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Mart 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see661

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see335

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see326

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see326

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see319

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see295

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see287

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see283

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see279

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see258

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see257

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see256

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see249

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see240

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see237

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see220

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see218

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see211

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri