Prezidentin tapşırığı ilə Bakıda möhtəşəm park salınır FOTOLAR
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Bakı şəhərində yeni yaşıllıqlar, meşə massivləri, parklar və bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, paytaxtımızda yaradılan növbəti istirahət parkı paytaxtın Nəsimi rayonu 28 May küçəsində "The Ritz-Carlton Baku" otelinə qədər olan və daha əvvəllər Vaqon təmiri müəssisəsinin yerləşdiyi ərazidə salınır. Park üçün layihələndirilən torpaq sahəsi 10 ha-ya yaxın sahəni əhatə edir: Pepperoni pizza
"Xarici və təcrübəli yerli memarların birgə hazırladıqları müasir layihəyə əsasən hazırda ərazinin mərkəzindən keçən Hüseyn Rəsulbəyov küçəsindəki avtomobil yolu parkın şimal-qərb sərhəddinə köçürülür. 28 May və Hüseyn Rəsulbəyov küçələrinin kəsişməsindən park istiqamətinə keçid üçün körpü-yerüstü piyada keçidinin inşası da nəzərdə tutulub.
Artıq layihədə nəzərdə tutulan yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb. Həmçinin park ərazisində müxtəlif yaş qrupları üçün idman, uşaq oyun və tennis meydançaları, süni göllər, amfiteatr və su rezervuarları quraşdırılacaqdır. Ərazidə piyadaların təhlükəsiz hərəkəti üçün tam şərait yaradılacaq, keçid meydançaları, velosiped yolları çəkiləcək, bura dekorativ daşlar, qranit örtük çəkiləcək.
Yeni parkın ərazisində böyük yaşıllıq sahələri salınaraq yeni ağac və kollar əkiləcək, müxtəlif gül kompozisiyaları yaradılacaq.
Bu parkın inşası ölkə başçısının paytaxtımızı parklar şəhərinə çevrilməsi istiqamətində gördüyü işlərin bir hissəsidir".
Baxış sayı:92
Bu xəbər 27 Oktyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















