Prezidentin təltif etdiyi Fərəcov məşhur “91 lər”dəndir
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Nurulla oğlu Fərəcovu 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edib.
Axar.az Modern.az-a istinadla Ədalət Fərəcov haqqında bəzi məlumatları təqdim edir.
Ədalət Fərəcov 1936-cı ildə Masallı rayonunun Kürdəbaz kəndində dünyaya gəlib. Masallı rayon onillik orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (ADPİ) ali təhsil alıb.
1963-cü ildə ali məktəbin Kimya-biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Ə.Fərəcov institutda saxlanılıb.
1970-ci ildə namizədlik dissertasiyası, 1990-cı ildə doktorluq dissetasiyası müdafiə edib.
1988-1994-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) hərbi və fiziki təlim fakültəsinə dekan işləyib. 15 ildən artıq müddətdə respublikada biologiya fənni üzrə olimpiadanın sədri vəzifəsində çalışıb.
7 monoqrafiyanın, 8 dərsliyin, 3 dərs vəsaitinin və çoxlu sayda fənn proqramlarının müəllifidir.
1994-cü ildən 2017-ci ilədək ADPU-nun Fiziologiya kafedrasının müdiri, AMEA Fiziologiya İnstitutunun dissertasiya müdafiəsi şurasının həmsədri vəzifəsində işləyib.
Ədalət Fərəcov mərhum dövlət başçısı Heydər Əliyevə 1992-ci ildə müraciət imzalamış və Yeni Azərbaycan partiyasını yaradan məşhur 91-lərdəndir. 2006-cı ildə o, Prezident təqaüdünə layiq görülüb.
2017-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına, Elm və Təhsil Nazirliyinin “Əlaçı” döş nişanına layiq görülüb.
Prezident təqaüdçüsü, biologiya elmləri doktoru, professor Ədalət Fərəcov 90 yaşındadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 01 May 2026 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















