Zakir Fərəcov veteran cüdoçunu Fəxri Fərmanla təltif edib
Icma.az bildirir, Apa.az portalına istinadən.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ölkə cüdosunun inkişafında əvəzsiz xidmətləri olan Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməddin Rəcəblini 80 illik yubileyi münasibətilə qəbul edib.
Bu barədə APA-ya Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, görüş zamanı Zakir Fərəcov Əhməddin Rəcəblinin uzun illər ərzində Sumqayıtda idmanın, xüsusilə də cüdonun inkişafına göstərdiyi xidmətləri yüksək dəyərləndirib. O, yubilyarın yetişdirdiyi idmançıların həm ölkə, həm də beynəlxalq arenalarda qazandığı uğurların Sumqayıt idman tarixində mühüm yer tutduğunu qeyd edib.
Zakir Fərəcov Əhməddin Rəcəblini 80 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib.
Qeyd edək ki, Əhməddin Rəcəbli uzun illər məşqçi kimi fəaliyyət göstərərək yüzlərlə idmançının formalaşmasında mühüm rol oynayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 09 Avqust 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















