Icma.az
close
up
RU
Prezidentlə görüşən şəhid anası a danışdı: Evimə qonaq çağırdım

Prezidentlə görüşən şəhid anası a danışdı: Evimə qonaq çağırdım

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyev dünən Ağdərə rayonunda Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb. Görüşdə Çapar kəndinin sakini həm qardaşının, həm də oğlunun şəhid olduğunu bildirərək, övladının onu Prezidentə əmanət etdiyini deyib.
Modern.az həmin qadını - Nəzakət Aslanovanı axtarıb taparaq onunla söhbətləşib. 

Məlum olub ki, onun qardaşı Natiq Həsənov 1992-ci ildə aprelin 8-də Ağdaban faciəsi zamanı şəhid olan 67 nəfərdən biridir. Həmin dövrdə Natiq Həsənov Politexnik İnstitutunun (Azərbaycan Texniki Universiteti - müəl.) ikinci kurs tələbəsi olsa da, könüllü şəkildə orduda xidmət edib. 

Dayısının ölümündən iki il sonra doğulan Xəyal Aslanov isə 2020-ci il sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Tərtərdə doğulub boya-başa çatan Xəyal Quru Qoşunlarında gizir olaraq xidmət edib. 
Ölümündən sonra Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. Xəyal Aslanov evli və 2 övlad atası olub. 
Şəhid anası və bacısı Nəzakət Aslanova Prezidentlə görüşün təəssüratlarını saytımızla bölüşüb:
“Mənim bir balam var idi. Onu da vətənə qurban verdim. Hələ oğlumun sağlığında Prezidentlə görüşmək istəyirdim. Amma Allah mənə sadə vətəndaş kimi yox, yurduna qayıdan şəhid anası kimi Prezidentlə görüşməyi nəsib etdi. Torpaqlarımız işğaldan azad olunandan sonra bilirdim ki, əvvəl-axır buraya qayıdacağıq. Amma burada cənab Prezidenti görmək mənim üçün ən böyük xoşbəxtlik oldu”. 

N. Aslanova Ağdərədə yaradılan şərait haqqında da danışıb:
“Qarabağın geri alınmasında şəhidlərimizin, qazilərimizin qanı qədər cənab Prezidentin də haqqı var. Orada çox şeyi demək olmur, vaxt azdır. Amma mənim bu oğulsuz ürəyim ona qurban olsun. O qədər səmimi, sadə adamdır ki... Evimə dəvət etdim, söz verdi ki, qonaq gələcək. Sizi də dəvət edirəm, bir gün mütləq gəlin. Gözəl şərait var, elə bil buralar heç işğal olunmayıb, hər şeyi çox gözəl ediblər. Mənim heç nədə gözüm yoxdur, bir istəyirəm ki, övladımın adı yaşasın. Prezidentdən də xahiş etdim ki, Qarabağda çəkilən hər yol, tikilən hər bina şəhidlərimizin adını daşısın. Biz şəhid ailələri olaraq həmişə onun yanında olacağıq”. 



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri