Icma.az
close
up
RU
Prezidentlə xanımı və Heydər Əliyev Fonduna təşəkkür etdi

Prezidentlə xanımı və Heydər Əliyev Fonduna təşəkkür etdi

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanın Xalq artisti, tanınmış rejissor və aktyor Aleksandr Şarovskinin səhhəti ağır olaraq qalır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həyat yoldaşı, Azərbaycanın Xalq artisti Nataliya Şarovskaya Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Aleksandr Şarovski Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsindədir. Həkimlər onun vəziyyətinin yaxşılaşdırılması üçün əllərindən gələni edirlər.

“Vəziyyəti ağırdır, təəssüflər olsun ki, reanimasiyadadır. Həkimlər əllərindən gələn hər şeyi edirlər. Hələlik proqnoz yoxdur, ona görə də heç nə deyə bilmirəm. Amma onlar mümkün olan hər şeyi edirlər”, – deyə Nataliya Şarovskaya bildirib.

O, Aleksandr Şarovskiyə göstərilən diqqət və dəstəyə görə, dərin minnətdarlığını ifadə edib. Aktyorun səhhətinə göstərilən diqqətin ailəsi üçün bu ağır məqamda xüsusilə böyük əhəmiyyət daşıdığını vurğulayıb.

“Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fonduna bizim üçün çox ağır olan bu dönəmdə göstərdikləri böyük dəstəyə görə, sonsuz minnətdaram. Yaşadığımız bu gözəl ölkəyə, insanların sevgisinə, diqqətinə, Aleksandr Yakovleviçə göstərilən belə qayğıya görə səmimi qəlbdən təşəkkür edirəm. Düşünürəm ki, belə münasibət bizim üçün xüsusilə dəyərlidir, çünki biz bu torpaqda doğulmuşuq və burada necə gözəl insanların yaşadığını bilirik”, – deyə o vurğulayıb.

Nataliya Şarovskaya Azərbaycanın Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovun daim diqqət və dəstək göstərdiyini də xüsusi olaraq qeyd edib.

“Anar Ələkbərov bizə dəstək olur, mütəmadi olaraq zəng edir, maraqlanır. Ona çox böyük təşəkkür edirəm”, – deyə o qeyd edib.
Aktyorun həyat yoldaşı eyni zamanda tibb işçilərinə göstərdikləri fədakarlığa görə təşəkkür edib.

“Həkimlər çox sağ olsunlar. Bura mümkün olan hər şeyin edildiyi möhtəşəm bir klinikadır. Mən orada oluram və görürəm ki, həkimlər əllərindən gələni əsirgəmirlər. Hətta elə şeylər var ki, artıq onların imkanları xaricində görünür, amma onlar bunu da etməyə çalışırlar. Bu çətin işdə iştirak edən və ağır vəziyyətimizdə bizə dəstək olan hər kəsə çox minnətdaram. Bütün qəlbimlə sonsuz təşəkkürümü bildirirəm. Hamınıza təşəkkür edirəm”, – deyə Nataliya Şarovskaya bildirib.

Söhbətin sonunda o, Aleksandr Şarovskinin tezliklə sağalacağına ümid etdiyini bildirib və ailəyə dəstək göstərən hər kəsə bir daha təşəkkür edib.
Aleksandr Şarovski Azərbaycanın Xalq artisti, rejissor, aktyor və ölkənin teatr sənətinin tanınmış nümayəndələrindən biridir. Onun uzun illər davam edən yaradıcılıq fəaliyyəti Azərbaycan teatr mədəniyyətinin inkişafına mühüm töhfə verib.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi də Aleksandr Şarovskinin müalicəsinin təşkilində göstərilən böyük dəstək, qayğı və diqqətə görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna dərin minnətdarlığını ifadə edib.

“Azərbaycan mədəniyyətinin görkəmli xadimi Aleksandr Şarovskinin adı onilliklər ərzində Rus Dram Teatrının tarixi ilə ayrılmaz şəkildə bağlı olub. Onun istedadı, peşəsinə sədaqəti və uzun illər səhnəyə xidməti Azərbaycanın teatr sənətinin inkişafına mühüm töhfə verib, tamaşaçıların, həmkarlarının və ölkənin bütün teatr ictimaiyyətinin layiqli sevgisini və dərin hörmətini qazandırıb.

Teatr kollektivi mədəniyyət və incəsənət xadimlərinə uzun illər göstərdiyi dəstəyə görə ölkə rəhbərliyinə və Heydər Əliyev Fonduna səmimi minnətdarlığını bildirir. Onilliklər ərzində özünü Azərbaycan mədəniyyətinə xidmətə həsr etmiş şəxsiyyətlərə göstərilən diqqət və qayğı humanizmin, onun tarixini və milli sərvətini təşkil edən insanlara həssas münasibətin parlaq təzahürüdür”, – deyə teatr kollektivinin müraciətində bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 03 Sentyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri