Icma.az
close
up
RU
Prezidentlik postunu 2024cü ildə tərk edən liderlər

Prezidentlik postunu 2024cü ildə tərk edən liderlər

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2024-cü il bir sıra ictimai-siyasi hadisələrlə yadda qaldı.

Məsələn, Suriyada Bəşər Əsəd hakimiyyətinin devrilməsi də bu hadisələrə aiddir.

Sözügedən hadisə o cümlədən dünya siyasətində də bəzi məsələləri yada saldı, işıq tutdu.

Maraqlıdır, 2024-cü ildə Prezident postunu tərk edən başqa hansı liderlər var?

Gununsesi.info xəbər verir ki, tarixdə bu cür və bənzəri hallar daim təkrarlanıb.

Belə ki, 1964- cü ildə İranda anadan olan İbrahim Rəisi İranın 8-ci prezidenti olub.

Mühafizəkarlığı ilə seçilən iranlı siyasətçi, hüquqşünas 2021 -ci il Həsən Ruhanini əvəzləyərək 62,9% səs toplayıb və ikinci dəfə Prezident seçilib.

Bildiririk ki, İbrahim Rəisi 2024- cü il mayın 19-da ölkənin şimal-qərbindəki dağlıq bölgədə baş verən helikopter qəzasında həlak olması xəbəri İranı şoka salmışdır.

Rəisi ilə eyni helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşimi də eyni qəzada həyatlarını itirmişdir.

Onu da qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdulahiyan iranlı siyasətçi, diplomat kimi tanınırdı.  O 2021-ci ilin avqustunda İranın xarici işlər naziri təyin olunmuşdur.

İbrahim Rəisin ölümündən sonra ölkədə dini lider Ayətullah Əli Xameneinin göstərişi ilə 5 günlük matəm elan edildi. İranın dövlət mediası Rəisinin vəfatını bu açıqlama ilə elan edib:

“İran millətinin qulu Ayətullah İbrahim Rəisi xalqa xidmət edərkən şəhadətin ən yüksək məqamına çatıb”.

Lakin onun ölümü ilə bağlı şübhəli məqamlar da dilə gətirilib.

Bu il postunu tərk edən bir Prezident də Gürcüstanın Prezidenti Salome Zurabişvilidir.

Lakin o, Prezidentlik müddəti bitdiyinə görə postunu tərk edir.

Belə ki, Salome 59,52 faiz səslə Gürcüstanda ilk qadın Prezident olmuşdu.

1952 -cil ildə Fransada gürcü ailəsində dünyaya gələn Zurabişvili 1970-ci illərdə fransız diplomatı kimi fəaliyyətə başlayıb. Paris Siyasi Elmlər İnstitutunu və ABŞ-nin Kolumbiya Universitetini bitirib. 2003-2004-cü illərdə Fransanın Gürcüstandakı səfiri olub. 2004-cü ildə Fransa ilə Gürcüstan arasında qarşılıqlı razılaşmalar nəticəsində Gürcüstan vətəndaşlığını alan Zurabişvili 2004-cü il martın 20-dən etibarən Xarici İşlər Naziri vəzifəsində çalışıb.

Zurabişvili iddia edir ki, oktyabrın 26-da keçirilən parlament seçkilərini tanımır, ona görə də seçilən yeni prezident legitim deyil və seçkilər təzələnməlidir.

“Mən sizin prezidentiniz olaraq qalıram – heç bir qanuni parlament yoxdur və buna görə də qanuni seçki və inauqurasiya yoxdur”, – deyə keçən ayın sonunda “X” – də yazdı.

Zurabişvili hakim partiyanı çox tənqid edir, “Gürcü arzusu”nu Rusiyayönümlü siyasət həyata keçirməkdə və daha mübahisəli hesab etdiyi bəzi qanunları imzalamaqdan imtina etməkdə ittiham edir.

“Gürcü arzusu”nun onu vəzifədən uzaqlaşdırmaq cəhdləri baş tutmadı.

Müxalifət partiyaları, həmçinin dekabrın 29-da Kavelaşvili vəzifəsinin icrasına başladıqdan sonra da Zurabişvilini ölkənin qanuni prezidenti kimi görməkdə davam edəcəklərini bəyan ediblər.

Beləliklə, 2018-ci ildə xalq tərəfindən birbaşa seçilmiş Gürcüstanın sonuncu prezidenti Zurabişvilinin səlahiyyət müddəti dekabrın 29-da başa çatır.

Günel Həsənova 

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2024 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see765

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see730

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see725

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see521

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see380

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see336

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see322

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see283

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see266

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri