Priqojinin oğlu bu ölkədə narkotik imperiyası qurub
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Vaqner” özəl hərbi şirkətinin qalıqları Mərkəzi Afrika Respublikasında narkotik imperiyası yaradıblar.
Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri məlumat yayıb.
“Vaqner”in qalıqları Mərkəzi Afrika Respublikasındakı Ubanqi çayının yuxarı axarında yerləşib və orada faktiki olaraq hüquq-mühafizə orqanlarının və hətta Kremlin əli çatmayan bir narkotik imperiyası yaradıblar. Qrupa Yevgeni Priqojinin oğlu Pavel Priqojin rəhbərlik edir”, - nəşr bildirib.
Məlumata görə, MAR-da qalan vaqnerçilər üçün əsas ticarət mənbəyinə çevrilən “tramadol” yüksək dozada qəbul edildikdə stimullaşdırıcı rol oynayır:
“Tramadolun tövsiyə olunan dozası adətən 50-100 mq-dır, lakin 200 mq və ya daha çox aktiv maddə olan tabletlər MAR-da geniş şəkildə satılır.
Tramadol ticarəti üzərində nəzarət vaqnerçilərə ölkənin meşə və qızıl ehtiyatlarını istismar etməyə imkan verir. Cenevrədə yerləşən Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs analitik mərkəzinin məlumatına görə, qanunsuz qızıl ixracı “Vaqner”ə ildə təxminən 180 milyon dollar gəlir gətirir, “tramadol”un qonşu ölkələrə qaçaqmalçılığı isə əlavə gəlir mənbəyi təmin edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 12 İyul 2026 12:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















