Prius sürücüsü ad gününə gedən qadını qarət etdi Abşerondakı cinayətin TƏFƏRRÜATI
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abşeronda ad gününə gedən xanım taksi sürücüsü tərəfindən qarət edilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ceyranbatan qəsəbəsi ərazisində baş verib.
Abşeron rayon sakini Rafiq Əzizov (adı və soyadı şərtidir) "Toyota Prius" markalı avtomobillə Bakıda, metronun "20 Yanvar" stansiyasının qarşısında taksi fəaliyyəti ilə məşğul olarkən ona bir xanım yaxınlaşaraq, Sumqayıta, rəfiqəsinin ad gününə getmək istədiyini bildirib. Rafiq xanımı avtomobilə əyləşdirərək, Sumqayıt istiqamətinə hərəkət edib və onu ünvana aparacağını bildirib. Onlar Ceyranbatan qəsəbəsi ərazisinə daxil olarkən, müştəri xanım ondan mağazalardan birinin yanında saxlamasını və su almaq istədiyini deyib. Rafiq qadına bildirib ki, suyu o alacaq və avtomobildən düşüb, mağazadan iki ədəd tərkibində spirt olan enerji içkisi alıb, xanıma verib. Müştəri həmin suyu içdikdən sonra özünü pis hiss edib və avtomobili saxlamağı xahiş edib. Rafiq həmin vaxt cibindən bıçaq çıxararaq, qadından üzərində olan pulları tələb edib. Məcburiyyət qarşısında qalan xanım çantasında olan 640 manatı taksi sürücüsünə verib. Rafiq bundan sonra qadının əlindəki mobil telefonu da alıb, onu avtomobildən düşürüb, hadisə yerindən qaçıb. Rafiq qadının telefonunu Sumqayıt şəhərində tanışına 50 manata satıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən R.Əzizovun yeri müəyyənləşdirilir və o, saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb, iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə R.Əzizov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 04 Noyabr 2025 14:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















