Icma.az
close
up
RU
Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi Abşerondakı cinayətin TƏFƏRRÜATI

Sevgilisinin atasının 40 minə obyekt satdığını öyrəndi, evə basqın etdi Abşerondakı cinayətin TƏFƏRRÜATI

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Bakıda sərxoş kişi sevgilisinin xəstə olduğunu bəhanə edib onun əmisinin evinə basqın edib.

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Abşeron rayonu, Fatmayi qəsəbəsində baş verib. Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1982-ci il təvəllüdlü Aftandil Ağayev Bakıda Gövhər adlı xanımla qeyri-rəsmi ər-arvad münasibətində yaşayır. Bir müddət əvvəl Gövhər ağır xəstəliyə tutulur və Aftandil onu müalicə etdirmək üçün maddi cəhətdən çətinlik çəkir. O, Gövhərin atasına müalicə üçün müraciət etsə də, xeyri olmur.

Bir gün Aftandil eşidir ki, İlqar Qəhrəmanov Bakı şəhərində olan obyektini 40 min manata satıb. Məlum olur ki, İ.Qəhrəmanov obyektin pulunu qardaşı Əsədə saxlamaq üçün verib. Aftandil həmin pulu oğurlamaq üçün plan qurur. O, bu məqsədlə dostu Elsevər Allahverdiyevlə məsləhətləşir və İlqarın qardaşı Əsədin evinə basqın etmək qərarına gəlirlər.

Dostlar bunun üçün qara maska, qara əlcək və bıçaqla silahlanaraq, gecə saat 1 radələrində Əsəd Qəhrəmanovun Fatmayi qəsəbəsindəki ikimərtəbəli evinə yollanırlar. Onlar evdə heç kimin olmadığını düşünərək, ikinci mərtəbənin pəncərəsindəki toru çıxararaq evə daxil olurlar. Qəfil evin zalında Əsəd Qəhrəmanovun həyat yoldaşını uzanmış vəziyyətdə görürlər və onu zərərsizləşdirmək istəyirlər. Aftandil qadının ağzını tutaraq, bıçağı onun boğazına söykəyib pul və qızılların yerini soruşur. Qadın qışqırmağa cəhd etsə də, ona imkan vermirlər. Aftandil qadını ağzıbağlı vəziyyətdə sürüyüb mətbəxə keçirmək istəyərkən, digər otaqdan onun azyaşlı nəvəsi qarşılarına çıxır. Azyaşlı oğlan nənəsini kiminsə tutduğunu görüb qışqırır. Bu vaxt hər iki şəxs qadını buraxıb, özlərini ikinci mərtəbənin pəncərəsindən atırlar. Hadisə nəticəsində Aftandil həyətdəki dəmir manqalın üzərinə düşür, ayaq və bədəninin müxtəlif hissələrindən xəsarət alır. Lakin onlar müxtəlif xəsarətlərə baxmayaraq, həyətdən qaça bilirlər.

Hadisə barədə ailə polisə məlumat verir. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən hər iki şəxs müəyyən edilir və saxlanılır.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə onlar barəsində həbs qətimkan tədbiri seçilir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il azadlıqdan məhrum edilir.

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Sentyabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri