Icma.az
close
up
RU
Problemin kokü dərindir: Ailədaxili zorakılıq və qətllərin artması təsadüfi deyil Sosioloq

Problemin kokü dərindir: Ailədaxili zorakılıq və qətllərin artması təsadüfi deyil Sosioloq

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Bakıda qardaş qardaşı qətlə yetirib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə iyulun 3-də səhər saatlarında paytaxtın Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində baş verib.

Orada yaşayan Amin Nuri 1996-cı il təvəllüdlü qardaşı Aslan Nurini öldürüb.

Amin Nuri daha sonra könüllü şəkildə polisə təslim olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.



Mövzu ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı söyləyib ki, pandemiyadan sonra ailədaxili qətllərin və zorakılıq hallarının artması cəmiyyət üçün ciddi bir təhlükə siqnalıdır:


“Ailə daxilində yaxın qohumların, həyat yoldaşlarının, hətta valideyn və övladların bir-birinə qarşı ölümcül zorakılıq törətməsi artıq təəccüb doğurmayan hadisələrə çevrilib. Bu cür halların sıxlaşması göstərir ki, problemin kökündə dərin və çoxşaxəli səbəblər dayanır. Əsas səbəblərdən biri insanların bir-biri ilə ünsiyyət qurmaq bacarığının azalmasıdır. Cəmiyyət getdikcə daha çox assosiallaşır, insanlar arasında empatiya, yəni qarşı tərəfin hisslərini anlama və hiss etmə qabiliyyəti zəifləyir. Güzəştə getmək, anlayış göstərmək kimi sosial davranışlar isə demək olar ki, yox dərəcəsindədir. Bunun nəticəsində insanlar arasında qarşılıqlı aqressiya artır, ən kiçik narazılıq belə kəskin reaksiya ilə müşayiət olunur. Pandemiya bu mənfi tendensiyaları daha da sürətləndirdi. Sosial təcrid, uzunmüddətli stress, maddi sıxıntılar və qeyri-müəyyənlik insanların psixoloji durumuna ciddi zərbə vurdu. Əslində bu proses pandemiyadan əvvəl də başlamışdı, lakin pandemiya mövcud gərginliyi daha da dərinləşdirdi. Sanki insanlar içindəki mənfi emosiyaları, aqressiyanı, dözümsüzlüyü nəzarətsiz şəkildə üzə çıxarmağa başladı. İctimai yerlərdə belə aqressiv atmosfer hiss olunur. İnsanların üzündə gülümsəmə, müsbət ifadə demək olar ki, görünmür. Əvəzində, kədər, əsəbilik və nifrət dolu baxışlar gündəlik həyatın bir parçasına çevrilib. Bu isə göstərir ki, problemin yalnız fərdi deyil, ümumi  sosial və ictimai kökləri də var”.


Sosioloqun sözlərinə görə belə bir şəraitdə psixoloji yardımın əlçatan olması xüsusilə vacibdir:

“Lakin reallıqda psixoloq və psixiatr xidmətləri əksər insanlar üçün ya maliyyə baxımından mümkünsüzdür, ya da bu xidmətlər yetərincə aktiv və geniş yayılmayıb. Bu isə onu göstərir ki, psixoloji problemlər yaşayan, lakin dəstək ala bilməyən insanlar cəmiyyət üçün təhlükə mənbəyinə çevrilə bilərlər. Ona görə də psixoloq və psixiatrlar bu sahədə daha fəal olmalı, maarifləndirici çıxışlar etməli, sosial şəbəkələrdə təmənnasız məlumatlar paylaşmalı, canlı yayımlarda insanlara açıq şəkildə yardım təklif etməlidirlər. Bu gün psixoloji problemlərlə üzləşən, lakin maddi imkan səbəbindən yardım ala bilməyən insanlar çoxdur və bu şəxslərin bir hissəsi potensial təhlükə daşıyan fərdlərdir. Nəticə olaraq, ailədaxili zorakılıq və qətllərin artması təsadüfi deyil və bu, dərin psixoloji və sosial problemlərin nəticəsidir. Problemi yalnız hüquqi və cəza yönümlü yanaşmalarla deyil, psixoloji və sosial dəstək mexanizmləri ilə də həll etmək lazımdır. Əks halda, bu hallar daha da artacaq və cəmiyyət üçün ciddi təhlükəyə çevriləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sherg.az
archiveBu xəbər 03 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see229

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri