Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Problemli kreditlər silinəcəkmi? MÜHÜM AÇIQLAMA

Problemli kreditlər silinəcəkmi? MÜHÜM AÇIQLAMA

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanda əvvəllər problemli kreditlərin həcmi çox yüksək idi. Hətta 2.2-2.3 milyard dollara yaxın problemli kreditlər olub”.

News24.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında keçmiş deputat Vahid Əhmədov deyib.

O, problemli kreditlərin bütün ölkələrdə ciddi problem sayıldığını vurğulayıb:

“Həm Mərkəzi Bank, həm də kommersiya banklarında mütəmadi olaraq bu məsələlərə baxılır. Azərbaycanda əvvəllər problemli kreditlərin həcmi çox yüksək idi. Hətta 2.2-2.3 milyard dollara yaxın problemli kreditlər olub. Amma hazırda məndə olan məlumata görə, fevral ayına olan problemli kreditlərin ümumi məbləği hardasa 500 milyon manata yaxındır. Üstəlik, problemli kreditlərin bir hissəsi kommeriya, bir hissəsi isə fiziki şəxslərin götürdüyü istehlak kreditləridir”.

Vahid Əhmədov qeyd edib ki, fiziki şəxslərin problemli kreditlərinə yenidən baxmaq olar:

“Misal üçün, 2019-cu ildə devalivasiya olanda cənab Prezident fərman imzaladı və 10 min dollara qədər olan problemli kreditlərin həll olunması ilə əlaqədar müəyyən meyrlar tətbiq edildi. İndi isə belə kreditlərin ümumi həcmi kifayət qədər yüksək deyil. Lakin fiziki şəxslərin problemli kreditlərinə baxmaq olar. Çünki bu növ kreditlərin əsas həcm payı məhz istehlak kreditləridir.

Əgər hökumətin imkanı varsa, o cümlədən Mərkəzi Bankın bu istiqamətdə yanaşması olarsa, müəyyən addımlar atmaq olar. Amma kredit elə bir alətdir ki, o mütləq qaytarılmalıdır. Kredit götürən fikirləşməlidir ki, sabah bu məbləği qaytara biləcəyəm, ya yox.

Doğrudur, Azərbaycanda kredit faizləri də kifayət qədər yüksəkdir. Bu məsələyə də baxmağa ehtiyac var”.

Deputatı Müşfiq Cəfərov isə vurğulayıb ki, 44 günlük müharibə dövründə kredit borclarının silinməsi baş tutmuşdu:

“Əslində, bu təcrübə illərdir tətbiq olunur. Azərbaycan qanunvericiliyində də bu məsələlərlə bağlı ”İcra haqqında” Qanun var. Bu qanunda deyilir ki, icra məmuru məhkəmə qərarını 2 ay ərzində icra etməlidir. Onu maksimum 1 ay uzada bilər. Bu, o deməkdir ki, icra məmuru məhkəmə qərarını 3 ay ərzində icra etməlidir.

Qanunda daha sonra deyir ki, icrası mümkün deyilsə, onu dayandırmalıdır, xitam verməlidir. Həmin qanunda o da qeyd olunur ki, söhbət borcdan gedirsə, icra məmurunun vəzifəsidir ki, borclunun nə qədər əmlakı olduğunu müəyyənləşdirsin. Varsa, həmin əmlak əsasında ödənilməlidir, yoxdursa, işə xitam verilməlidir. Maksimum 3 aya bu proses yekunlaşmalıdır.

Təcrübədə görürük ki, bəzən borclunun həqiqətən də əmlakı yoxdur. Əmlak ya ona görə yoxdur ki, insan həqiqətən imkansızdır, ya da ona görə yoxdur ki, borclu dələduzdur, yüz minlərlə vəsaiti xərcləyib, əmlakını isə başqa adamların adına keçirib. Bu halda icra məmurları hüquq-mühafizə orqanlarına müraciət edə bilər ki, məsələ araşdırılsın.

Qanuna görə, əgər borcu olan vətəndaşın bir evi varsa, o, əlindən alına bilməz. Hazırda ölkəmizdə borclunun müflis olmasına görə ödənilməsi mümkün olmayan kredit borclarının məbləği ilə bağlı dəqiq statistika yoxdur. Təssüf, bəziləri də var ki, əslində, pulu var, ancaq rəsmi olaraq adlarında heç bir əmlak yoxdur. Digər tərəfdən, əgər bu gün problemli kreditlər 2 milyard manata yaxındırsa, onun 50 faizi ödəmə imkanı olmayan borclulara aiddir. Bütün hallarda sui istifadə halları çox olması nəzərə alınaraq, bəzən məhkəmələrdə sahibkarları müdafiə edə bilmir.

Azərbaycanda problemli kreditlərin silinməsi prosesi baş tutub. 44 günlük Vətən müharibəsində bu təcrübəni yaşadıq, şəhidlərimizin bank kreditləri silindi. Doğrudur bu təcrübə mütəmadi olaraq yaşanmır, amma bu bir neçə ildirki, artıq Rusiyada da bunu müharibədə həlak olan və itkin düşənlərə şamil olunması prosesi gedir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 İyul 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see955

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see411

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see365

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see350

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see280

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see261

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see225

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see218

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see213

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see211

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see206

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see190

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see173

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see161

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri