Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Problemli kreditlər silinəcəkmi? “Müəyyən addımlar atmaq olar”

Problemli kreditlər silinəcəkmi? “Müəyyən addımlar atmaq olar”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycanda əvvəllər problemli kreditlərin həcmi çox yüksək idi. Hətta 2.2-2.3 milyard dollara yaxın problemli kreditlər olub”.

Bu sözləri "Yeni Sabah"a açıqlamasında keçmiş deputat Vahid Əhmədov deyib.

O, problemli kreditlərin bütün ölkələrdə ciddi problem sayıldığını vurğulayıb:

“Həm Mərkəzi Bank, həm də kommersiya banklarında mütəmadi olaraq bu məsələlərə baxılır. Azərbaycanda əvvəllər problemli kreditlərin həcmi çox yüksək idi. Hətta 2.2-2.3 milyard dollara yaxın problemli kreditlər olub. Amma hazırda məndə olan məlumata görə, fevral ayına olan problemli kreditlərin ümumi məbləği hardasa 500 milyon manata yaxındır. Üstəlik, problemli kreditlərin bir hissəsi kommeriya, bir hissəsi isə fiziki şəxslərin götürdüyü istehlak kreditləridir”. 

Vahid Əhmədov qeyd edib ki, fiziki şəxslərin problemli kreditlərinə yenidən baxmaq olar:

"Misal üçün, 2019-cu ildə devalivasiya olanda cənab Prezident fərman imzaladı və 10 min dollara qədər olan problemli kreditlərin həll olunması ilə əlaqədar müəyyən meyrlar tətbiq edildi. İndi isə belə kreditlərin ümumi həcmi kifayət qədər yüksək deyil. Lakin fiziki şəxslərin problemli kreditlərinə baxmaq olar. Çünki bu növ kreditlərin əsas həcm payı məhz istehlak kreditləridir.

Əgər hökumətin imkanı varsa, o cümlədən Mərkəzi Bankın bu istiqamətdə yanaşması olarsa, müəyyən addımlar atmaq olar. Amma kredit elə bir alətdir ki, o mütləq qaytarılmalıdır. Kredit götürən fikirləşməlidir ki, sabah bu məbləği qaytara biləcəyəm, ya yox.

Doğrudur, Azərbaycanda kredit faizləri də kifayət qədər yüksəkdir. Bu məsələyə də baxmağa ehtiyac var”. 

Deputatı Müşfiq Cəfərov isə vurğulayıb ki, 44 günlük müharibə dövründə kredit borclarının silinməsi baş tutmuşdu:

“Əslində, bu təcrübə illərdir tətbiq olunur. Azərbaycan qanunvericiliyində də bu məsələlərlə bağlı ”İcra haqqında" Qanun var. Bu qanunda deyilir ki, icra məmuru məhkəmə qərarını 2 ay ərzində icra etməlidir. Onu maksimum 1 ay uzada bilər. Bu, o deməkdir ki, icra məmuru məhkəmə qərarını 3 ay ərzində icra etməlidir.

Qanunda daha sonra deyir ki, icrası mümkün deyilsə, onu dayandırmalıdır, xitam verməlidir. Həmin qanunda o da qeyd olunur ki, söhbət borcdan gedirsə, icra məmurunun vəzifəsidir ki, borclunun nə qədər əmlakı olduğunu müəyyənləşdirsin. Varsa, həmin əmlak əsasında ödənilməlidir, yoxdursa, işə xitam verilməlidir. Maksimum 3 aya bu proses yekunlaşmalıdır.

Təcrübədə görürük ki, bəzən borclunun həqiqətən də əmlakı yoxdur. Əmlak ya ona görə yoxdur ki, insan həqiqətən imkansızdır, ya da ona görə yoxdur ki, borclu dələduzdur, yüz minlərlə vəsaiti xərcləyib, əmlakını isə başqa adamların adına keçirib. Bu halda icra məmurları hüquq-mühafizə orqanlarına müraciət edə bilər ki, məsələ araşdırılsın.

Qanuna görə, əgər borcu olan vətəndaşın bir evi varsa, o, əlindən alına bilməz. Hazırda ölkəmizdə borclunun müflis olmasına görə ödənilməsi mümkün olmayan kredit borclarının məbləği ilə bağlı dəqiq statistika yoxdur. Təssüf, bəziləri də var ki, əslində, pulu var, ancaq rəsmi olaraq adlarında heç bir əmlak yoxdur. Digər tərəfdən, əgər bu gün problemli kreditlər 2 milyard manata yaxındırsa, onun 50 faizi ödəmə imkanı olmayan borclulara aiddir. Bütün hallarda sui istifadə halları çox olması nəzərə alınaraq, bəzən məhkəmələrdə sahibkarları müdafiə edə bilmir.

Azərbaycanda problemli kreditlərin silinməsi prosesi baş tutub. 44 günlük Vətən müharibəsində bu təcrübəni yaşadıq, şəhidlərimizin bank kreditləri silindi. Doğrudur bu təcrübə mütəmadi olaraq yaşanmır, amma bu bir neçə ildirki, artıq Rusiyada da bunu müharibədə həlak olan və itkin düşənlərə şamil olunması prosesi gedir”.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 İyun 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri