Icma.az
close
up
RU
Profanasiya (Ağzınızı “təmiz saxlayın!”)

Profanasiya (Ağzınızı “təmiz saxlayın!”)

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

İngilis dilində çox maraqlı bir ibarə var ki, dilimizə hərfi tərcümədə “tualet ağızlı”, ya da “qorşok ağızlı” mənası verir. Bu ibarə söyüş söyən insanlar haqqında danışanda işlədilir. Bu ifadə yadıma düşməyəcəkdi. Amma …

Amma bu yaxınlarda bir məqalədə belarusiyalı psixoloq Yeqor Semyonovun söyüş söyməyin insanın psixoloji sağlamlığı üçün faydalı olduğunu bəyan etməsini oxudum. Y.Semyonov iddia edir ki, söyüş aşağı intellektin, dəliliyin, yaxud da iradəsizliyin olmasına dəlalət etmir. Yəni insan stress keçirən zaman söyüş söyərkən içindəki qəzəbi qırağa buraxmış olur. Guya söyməsə, bu, adamın səhhətinə ziyan olar.

Yeqoru qoyaq bir qırağa, tibbdə Turette sindromu deyilən nevroloji pozuntu var ki, bundan əziyyət çəkən insanlar davamlı olaraq müəyyən səsləri, əsasən də eşitdikləri, bildikləri sözləri təkrarlayırlar. Onlar həmçinin əsəbi anlarında biixtiyar və gözlənilmədən ədəbsiz və alçaldıcı sözlərdən, konkret olaraq söyüşlərdən istifadə edirlər; bu hal tibbdə koprolaliya adlanır. Sindrom fransız həkim-nevroloqu Turettenin adı ilə bağlıdır.

Deməli, yuxarıdakı abzasdan koprolaliyanın məhz psixoloju pozuntu olaraq meydana çıxdığı aydın oldu. Bir də profaniya termini var. Həə, bax, burada işlər dəyişir. Çünki profaniya heç bir psixoloji pozuntusu olmayan, tam sağlam insanın ədəbsiz sözlərdən istifadə etməsi, qeyri-etik danışıq tərzinə üstünlük verməsi, ağına-bozuna baxmadan “tualet” ağzını açıb ətrafa xoşagəlməz sözlər “püskürməsidir”. Belə adamlar ədəbsiz danışığa vərdiş edirlər və bu da beyindəki zövq mərkəzlərini hərəkətə gətirir, nəticədə insan sakitləşir.

Həmin bu zövq mərkəzi bizi ruhlandıran, yaşamaq üçün motivasiya verən müsbət duyğuların mərkəzidir. Biz özümüzü xoşbəxt hiss edəndə beyində dopamin hormonu iftaz olunur. Bura qədər hər şey əladır. Pis cəhəti bu dediyimiz mərkəzlərin insanı asılılığa sürükləməsidir. Alimlərin siçanlar üzərində eksperimentinə baxaq və nəticəni təhlil edək:

Siçanların beyninin zövq mərkəzinə elektrod yeridilib və bunu elektrod pedalla əlaqələndiriblər. Bu balaca gəmiricilər pedala basan zaman onların zövq mərkəzində dopamin əmələ gəlib. Yaxşı, bəs siçanların davranışı necə olub? Onlar yemədən, içmədən, yatmadan pedallara basaraq özlərini xoşbəxt hiss edib, sonda ölüblər.

Mətləbdən uzaqlaşdım bir az. Amma məsələ ondadır ki, söyüş söyən və söyüşlə danışan insanlar da “gözlərini yumub ağızlarını açanda” onların beynində dopamin ifraz olunmağa başlayır və ona görə də belə adamlar söyüş söyərkən həqiqətən zövq alırlar.

  Ümumi araşdırmalara görə kişilərin ağzı daha “çirkli”dir. Onlar daha güclü, daha biədəb və yeddi qatdan keçən söyüşlər söyürlər. Qadınlar bu məsələdə kişilərə uduzurlar. İkincilər daha çox qarğışlardan istifadə edirlər.

Bəs söyüş söymək mədəniyyətsizliyin və tərbiyəsizliyin göstəricisidirmi?

Çox çətin sualdır. Şəxsən mənim fikrim mənfidir. İnsan öz dillərinə, ingilislərin təbirincə desək isə öz ağızlarına yiyəlik etməyi bacarmalıdır. Düzdür, insanların xoşbəxt olmasını istəyirəm, amma bu xoşbəxtlik sümüksüz dillərinin hesabına olmasın. Dilini dinc saxlaya bilənin hörməti qeyrilərindən artıq olur. Əlbəttə, əgər insan xəstə təfəkkürlü olub söyüş söyməyi mərifət bilirsə, beləsinə söz kar eləməz.

Yapon dilində demək olar ki, söyüş sözləri yoxdur. Yapon beysbolçu İçiro Suzuki karyerası dövründə ingilis və ispan dillərini öyrənərkən bu dillərin sayəsində çoxlu söyüş öyrənmiş və müsahibəsində öz dilində söyüşlə deyə bilmədiklərini rahatca ingilis və ispan dillərində ifadə etdiyi üçün məmnun olduğunu demişdi.

Məşhur bir lətifə yadıma düşdü: Yaponlar elə bir divar saatı icad edirlər ki, söyüş eşidən kimi içindəki mexanizmlə əqrəb bir dəqiqə qabağa atır. Müxtəlif ölkələrdə eksperimentdən keçirmək qərarına gəlirlər. Əvvəlcə özlərində yoxlayırlar. Bir barda asırlar, bir sutkadan sonra gəlib yoxlayanda saatın vur-tut iki dəqiqə qabağa qaçdığını görürlər. Gedib İngiltərədə bir barda asırlar. İyirmi dörd saatdan sonra gəlib yoxlayanda saatın beş dəqiqə qabağa getdiyini müşahidə edirlər. Rusiyada da sınaqdan keçirmək qərarına gəlirlər. Bir barda asırlar. Bir gün sonra gəlib görürlər ki, saat divarda yoxdur. Barmendən soruşanda adam təəccüblənir və deyir:

− O, saat imiş? Biz də elə bildik ventilyatordur, fikirləşdik ki, qışın günü nəyə lazımdır. Qopardıb atdıq zibilə.

Söyüş söyməyə müxtəlif dövlətlərdə fərqli münasibət var. Məsələn, BƏƏ-də söyüş sizə minlərlə dollar cərimə bahasına başa gələr. Söyüş ifadə edən barmaq işarəsi isə ölkədən deportasiyaya səbəb ola bilər. Avstraliyada ictimai yerdə “tualet ağızlı” adamları altı aya qədər həbs cəzası gözləyir.

Bəs bizdə bu məsələ nə yerdədir? Pis yerdədir. Birmənalı olaraq. Bayaqkı lətifədə deyilən saatı bizdə də yoxlasaydılar, profaniya məsələsində bir çox vətəndaşlarımızın “işıqlı” inkişafını daha aydın görərdik. Bizim insanlar son 20 ildə bu məsələdə təkamül yolu keçiblər, “püxtələşiblər”. Mənə görə utanılası haldır. Küçədə, sosial şəbəkələrdə söyüşlərin biri bir qəpikdəndir. Səbəb nə olursa olsun, qətiyyən bəraət veriləsi yanı yoxdur.

Səbəbdən asılı olmayaraq ağzımızı təmiz saxlayaq. İngilislərin təbiirincə desək, “tualet ağızlı” olmayaq.

Dilimizi yaxşı sözlərə öyrəşdirək. Məsəl var, “Dildən bal da damar, zəhər də”. Ağılla yanaşsaq görərik ki, ballı dilin üstünlükləri çoxdur, çünki “Şirin dil illanı yuvasından çıxardar “. Dilini dinməz yerinə qoymamaq insanı fəlakətə aparar. Üstü düyürlü ət parçası olsa da “Dil qılıncdan itidir”. Ona görə deyiblər ki, “Başa dil gətirəni, el gətirə bilməz”. Axı “Dil yarası qılınc yarasından yamandır“. Unutmaq olmaz ki, “Ağlı qısa olanın dili uzun olar”. O qədər şahidi olmuşuq ki, “İnsan dilindən tutular, heyvan buynuzundan”.

Dili insana bir sərxoş olanda, bir də əsəbi olanda bəla olur. Havayı deməyiblər ki, “Ayığın fkrində olan sərxoşun dilində olur”. Əsəbi olanda susmaq məsləhətdir, ona görə ki, “Xəncər bir nəfəri kəsər, dil min nəfəri”. Kimsə sizə sirr verəndə də ehtiyatlı olun. Qoy “Nə dil bilsin, nə dodaq”. Gördün özünlə bacarmırsan “Dilini dişinlə tut”. Cırtqozluq edib özünü hörmətdən salmaq qədər pis şey yoxdur.

Bir də harada nə danışacağını müəyyən etmək də qabiliyyət işidir. “Alim yanında dilini saxla, usta yanında əlini”. Yuyulmamış çömçə kimi ortaya düşənlər haqqında atalarımızın gözəl məsəli var: “Boşboğazın dili işlər, zəhmətkeşin əli”.

“Dil ürəyin qapısıdır”. Nə edim?! “Varını verən utanmaz”. Hər halda “Bol çörəyim olmasa da şirin dilim var”. “Bal arını çəkər, şirin dil insanı” deyibən bir az söhbətləşmək istədim. Hər halda tövsiyələrim yaxşı niyyətlə ərz edildi sizə. Amma əməl olunsa sevinərəm. Elə olsun ki, axırda əşi deməkdən “Dilimdə tük bitdi” gileyini etməyim. İndiki zamanda onsuz da “Söz çeynəyən çox, söz deyən azdır”.

Aygün ƏZİZ

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:360
embedMənbə:https://azpost.info
archiveBu xəbər 29 Yanvar 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see972

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see441

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see343

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see262

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see249

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see248

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see240

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see229

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see219

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see208

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see204

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see197

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see195

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see192

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see190

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see189

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see185

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see183

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see180

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri