Icma.az
close
up
RU
Zalı bəzəməyin, mətbəxi təmiz saxlayın

Zalı bəzəməyin, mətbəxi təmiz saxlayın

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində, xüsusilə kütləvi qidalanma məkanlarında qida təhlükəsizliyi tələblərinin gözlənilməsi, həmçinin bu cür hadisələrin baş verməməsi üçün davamlı olaraq ciddi tədbirlər həyata keçirilməkdədir. Təkcə son günlər ərzində onlarla kütləvi qidalanma məkanlarında, şadlıq evində aparılan yoxlamalar zamanı aşkarlanmış nöqsanlar və bununla bağlı görülən inzibati cəza tədbirləri barədə ictimaiyyətə məlumatlar təqdim olunub.

Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev bildirib.

O qeyd edib ki, nöqsanlar aşkarlanan və bu cür halların baş verməsinə birbaşa olaraq cavabdeh olan şadlıq evləri sahiblərinə rəsmi xəbərdarlıqlar olunub.

AQTA rəsmisi daha sonra deyib: “Amma təəssüf ki, hələ də öz işinin məsuliyyətini dərk etməyən sahibkarlıq subyektlərinə rast gəlinir. Aşkarlanan nöqsanların təhlili onu göstərir ki, bər-bəzəkli zallara, daha çox müştəri cəlb etmək üçün reklamlara diqqət ayıran bəzi şadlıq evlərinin sahibləri əsas diqqət olunmalı məsələyə, yəni məhsulların emal sahələrinə, xammalın qəbulu zamanı təhlükəsizlik tələblərinə, mətbəxlərə, sanitar gigiyenik vəziyyətə, işçi heyətin sağlamlığına dırnaqarası yanaşırlar. Təəssüf ki, bu cür yanaşma sonda xoşagəlməz halların yaşanmasına, kütləvi zəhərlənmələrin baş verməsinə şərait yaradır. Bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün istehlakçılar da diqqətli olmalı və xidmət zamanı hər hansı şübhəli məqam və ya nöqsan gördükləri zaman Agentliyin 1003 Qaynar xəttinə məlumat vermələri xahiş olunur. Agentlik tərəfindən bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək”.

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azpost.info
archiveBu xəbər 19 Aprel 2025 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see392

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see377

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see313

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see308

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see307

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see301

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see293

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see238

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see226

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see224

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see222

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see208

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see207

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see202

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see198

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see184

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see181

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see180

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see169

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri