Icma.az
close
up
RU
Professor AMEA dakı araşdırmadan danışdı: “Ramiz Mehdiyev bunu akademiklərlə birlikdə edib”

Professor AMEA dakı araşdırmadan danışdı: “Ramiz Mehdiyev bunu akademiklərlə birlikdə edib”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) araşdırmalar davam edir.

Araşdırma AMEA prezidenti İsa Həbibbəylinin rəhbərlik etdiyi dövrü, eyni zamanda, daha öncəki rəhbərlərin (Ramiz Mehdiyev, Akif Əlizadə) fəaliyyət illərini əhatə edir. Araşdırmanın Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparıldığı bildirilir. 

İstintaq AMEA-da mənimsəmə və sui-istifadə hallarının olub-olmamasını araşdırır. Qeyd edək ki, indiyədək AMEA-da baş verən qanun pozuntuları ilə bağlı fərqli illərdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müxtəlif cinayət işləri istintaq olunub. 

Baş prokuror Kamran Əliyev də oktyabrın 1-də mətbuata açıqlamasında AMEA-da ayrı-ayrı vaxtlarda baş verən qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirmişdi. O, cinayət işlərinin bir neçə istiqamət üzrə araşdırıldığını açıqlamışdı. “Məndə olan məlumata görə, artıq bəzi epizodlar üzrə ibtidai istintaq yekunlaşıb. Həmin cinayət işləri baxılması üçün məhkəməyə göndərilib”. 

Hazırda isə sözügedən qurumdakı qanun pozuntuları ilə bağlı başqa cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. AMEA-da 2020–2023-cü illərdə baş verən qanun pozuntuları ilə bağlı aparılan cinayət işində maraqlı faktlar üzə çıxıb. Mətbuatda yayılan məlumata görə, hazırda ev dustaqlığında saxlanılan Ramiz Mehdiyevin AMEA-ya rəhbərlik etdiyi dövrdə olan yeyinti halları ilə əlaqədar sabiq deputat Elton Məmmədov da istintaqa cəlb edilibmiş. 

Ramiz Mehdiyev AMEA-ya prezident təyin olunduqdan sonra sadiq adamı kimi onu “Yüksək Texnologiyalar Parkı”nın direktoru vəzifəsinə gətirmişdi. Sonradan isə E.Məmmədov Akademiyanın işlər idarəsinin müdiri vəzifəsində çalışıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla müəyyən edilib ki, Elton Məmmədov işlədiyi dövr ərzində 3 milyon manata yaxın pul mənimsəyib. 

Maliyyə pozuntularını təsdiq edən sənədlər və digər sübutlar iş materiallarına əlavə edilib. Keçmiş məmur müxtəlif epizodlar üzrə dəfələrlə prokurorluqda ifadə verib. Hazırda AMEA-da Sosial xidmətlər şöbəsinin müdiri olan Elton Məmmədov barəsində yayılan məlumatları təkzib edib. 

Məsələ ilə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov “Cebheinfo.az”-a bildirib ki, AMEA-nın işçiləri özləri bu yeyintilərlə bağlı məlumat verirdilər: 

“Bu istiqamətdə araşdırmanın aparılması daha yaxşıdır. Yəqin ki, çox şeylər ortaya çıxar. İstər Ramiz Mehdiyevin, istərsə ondan qabaq da AMEA-nın taleyi bu cür olub. Elə Elton Məmmədov özü İsa Həbibbəylinin yaxın adamıdır. Akademiyada o qədər milyonlar mənimsənilib ki, 3 milyon az görünür. Nə qədər alim ölkəni tərk edib gedir. 

Onlar yalnız fırıldaqla, mənimsəməklə məşğuldurlar. AMEA-ya yeyinti yeri kimi baxırlar. AMEA-dan elmi dərəcələrin müdafiəsini yığışdırsaq, işbazların hamısı oradan qaçıb gedəcək. Deyəcəklər ki, biz burda min manata dayanarıq? Elmi tamamilə alverə çeviriblər. Ölkənin elmi potensialı sıfıra yaxınlaşıb. Bu gün dövlət çevrilişində, vətənə xəyanətdə ittiham olunanlar kimdir? Akademik xəttdir. 

Araşdırsaq bunlar hamısı elmlər doktoru, professordur, əksəriyyəti alimlərdir. Gedib müxtəlif dövlət orqanlarında yerləşib, vəzifə tutub, bütün intellektual fəaliyyətlərini dövlətin, xalqın əleyhinə yönəldiblər. Həmin akademik şəbəkəni yığışdırmaq lazımdır. Yoxsa bizim istedadlarımız da məhv olacaq. Bu şəbəkənin yaranmasında Ramiz Mehdiyevin müstəsna “xidmətləri” olub. Hətta o, Prezident Administrasiyasında çalışan dövrdən bəri bu “xidmətləri” danılmazdır. AMEA-da seçkilərdən tutmuş, elm-təhsil ocaqlarında yerləşdirilmiş kadrlar da daxil olmaqla Ramiz Mehdiyevin özünün böyük rolu olub. O, bunu bir sıra akademiklərlə, şəbəkə üzvləri ilə birlikdə edib”. 

O iddia edib ki, hazırda İsa Həbibbəyli Akademiyaya seçkilər keçirmək istəyir:

“Çünki söz verdiyi adamlar var. Elton Məmmədov kimilər xaricdə yaradılan saxta akademiyalara üzv olublar. İldə bir neçə avro ödəniş edirlər. Ancaq bizdə dövlətin büdcəsindən 2 min manat pul qoparırlar. Hansını danışdırsan, uşaqları xaricdə, bahalı universitetlərdə oxuyur.

Haradan alırlar bu pulu? Deyirlər ki, maaşım filan qədərdir, əziyyət çəkirəm. Mən 10 ildir şöbə müdiriyəm və bu şöbə ən yeyintili yer hesab olunurmuş. Gördülər ki, mən burada imkan vermirəm, artıq yeni doktorantları bura göndərmirlər, başqa şöbələrə yönəldirlər. Ümid edirəm ki, araşdırma çox məsələləri üzə çıxaracaq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

 

Açar sözlər: İsa Həbibbəyli Ramiz Mehdiyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri