Icma.az
close
up
RU
Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var

Professor: Ermənistanda ən azı üç Ramiz Mehdiyev var

Reyting.az saytına istinadən Icma.az xəbər verir.


“Ermənistanda ciddi gərginlik hökm sürür. Keçmiş prezidentlər Serj Sarkisyan və Robert Koçaryan faktiki olaraq Nikol Paşinyana qarşı iş aparırlar. Üstəlik, Erməni Apostol Kilsəsi də hökumətə qarşı təbliğatla məşğuldur. Yəni bu ölkədə siyasi durum o qədər də sabit deyil. Buna baxmayaraq, baş nazir Paşinyan sülh üçün müəyyən addımlar atır. Hesab edirəm ki, onlar Zəngəzur dəhlizinin açılması məsələsini həll edəcək və öz ərazilərindən keçəcək 42 kilometrlik dəmir yolunu inşa edəcəklər”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Vəhdət Partiyası sədrinin müşaviri, professor Cümşüd Nuriyev deyib.
Professor diqqəti daha çox Azərbaycanın Zəngəzur dəhlizi üçün dəmir və avtomobil yolu çəkilişinə çoxdan başlamasına, Ermənistanın isə öz ərazisində inşaat işlərini gələn ilə saxlamasına yönəldib:
“Azərbaycan Horadiz-Ağbənd dəmir yolunun çəkilişinə müharibədən dərhal sonra başladı. Səhv etmirəmsə, bizdə bu prosesin 2026-cı ilin may-iyun aylarında tam başa çatdırılması nəzərdə tutulur. Ermənistanın baş naziri Paşinyan isə daxildəki siyasi gərginliyə baxmayaraq, öz ərazilərində dəhlizin tikintisinə gələn il başlamağı planlaşdırdıqlarını bildirib. Məncə, burada ciddi problem olmayacaq. Çünki Ermənistan ərazisindən keçən dəhlizin uzunluğu cəmi 42 kilometrdir. Üstəlik, orada əvvəllər mövcud olan dəmir yolunun bazası qalıb. Yəni ermənilər o dövrdə dəmir yolunu söksələr də, ərazi qalır və onun üzərində yenidən inşaat aparmaq mümkündür”.
C. Nuriyevin sözlərinə görə, Azərbaycan dəmir yolu hazır olanda Ermənistan da Mehri istiqamətindən keçəcək yolun tikintisini bitirəcək:
“Ciddi zaman fərqi gözləmirəm. Onsuz da Azərbaycan və Ermənistan arasında münasibətlər tədricən formalaşır. Onlardan bura, bizdən ora səfərlər var və bu səfərlər davam edəcək. Həmçinin ərazimizdən Ermənistana malların daşınmasına razılıq vermişik. Əgər sülh sazişi tezliklə imzalanarsa, biz Ermənistan ərazisində, xüsusən də qatarların keçəcəyi dəmir yolunun tikintisinə sərmayə qoya bilərik. Vaxtilə Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolunun çəkilişi zamanı Gürcüstana dəstək göstərmişdi”.
Müsahibimiz sonda bildirib ki, Azərbaycan bu müddətdə böyük yol qət edib, məqsədlərinə çatıb və güclü siyasi iradə nümayiş etdirib:
“Baxın, Ramiz Mehdiyev açıq və gizli şəkildə hansı işləri görüb və bütün bunların üstü ustalıqla açıldı. Ermənistanda isə ən azı üç Ramiz Mehdiyev var: Sarkisyan, Koçaryan və II Qaregin. Ermənistanda siyasi gərginlik müşahidə olunur, sabitlik zəifdir. Paşinyan da siyasətçi kimi sabit deyil, balanslı siyasəti yoxdur. Bazarda tərəzi hara əyilsə, Paşinyan da ora yönəlir. Ancaq bütün bunlara baxmayaraq, onlar Zəngəzur dəhlizinin işləməsinə razı olacaqlar və öz ərazilərindən keçəcək dəmir yolunu tikəcəklər. Çünki alternativləri yoxdur. Qış aylarında bunun vacibliyini daha çox hiss edəcəklər”.
Nemət ORUCOV
Reyting.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://reyting.az
archiveBu xəbər 14 Noyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri