Icma.az
close
up
RU
Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

Professor D vitamini çatışmazlığının risklərini açıqlayıb

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

D vitamini çatışmazlığı bir çox ciddi sağlamlıq probleminin yaranmasına səbəb ola bilər.

Milli.Az xəbər verir ki, Akdeniz Universiteti Tibb Fakültəsinin Dəri və Zöhrəvi Xəstəliklər kafedrasının müəllimi professor Ayşe Akman bildirib ki, D vitamininin sintezi üçün günəş şüaları həyati əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, sağlam həyat üçün günəşlənmək və dənizə girmək vacibdir. Günorta saatlarında belə, 30 dəqiqəni keçməmək şərtilə günəşdən faydalanmağın mümkün olduğunu deyib.

Professor qeyd edib ki, D vitamini günəş şüalarının təsiri ilə aktivləşir. Lakin bəzi genetik və metabolik problemlər bu vitaminin sintezinə mane ola bilər. Belə hallarda D vitamini səviyyəsinin analizlə yoxlanılması və həkim məsləhəti ilə əlavə qəbul edilməsi tövsiyə olunur.

A. Akmanın sözlərinə görə, D vitamini çatışmazlığı həddindən artıq tərləmə, autoimmun xəstəliklər, saç tökülməsi, sümük sınıqları və hətta bəzi xərçəng növlərinin yaranma riskinin artması ilə əlaqələndirilir. O bildirib ki, bu çatışmazlıq pasiyentlər arasında tez-tez müşahidə olunur.

Mütəxəssis eyni zamanda xəbərdarlıq edib ki, D vitamini əldə etmək məqsədilə uzun müddət günəş altında qalmaq düzgün deyil. Çünki bu, dərinin zədələnməsinə və dəri xərçəngi riskinin artmasına səbəb ola bilər.

Professor günəşdən qoruyucu vasitələrin də təsadüfi seçilməməsinin vacibliyini vurğulayıb. O bildirib ki, krem və ya losyonun növü, eləcə də fiziki və ya kimyəvi tərkibli qoruyucunun seçimi insanın dəri xüsusiyyətlərinə uyğun olaraq dermatoloq tərəfindən müəyyən edilməlidir. Yanlış məhsul seçiminin dəriyə və xüsusilə uşaqlarda hormonal tarazlığa mənfi təsir göstərə biləcəyini qeyd edərək, vətəndaşlara bu mövzuda mütləq dermatoloqa müraciət etməsini tövsiyə edib.

Müəllif: Mina Mikayılova (müxbir)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 İyun 2026 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri