Icma.az
close
up
RU
“Professor Əziz Səncər: həyat yolu, elmi irsi və dünya elminə töhfələri”

“Professor Əziz Səncər: həyat yolu, elmi irsi və dünya elminə töhfələri”

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya İnstitutunun direktoru v.i.e., akademik İradə Hüseynova Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclas zalında AMEA-nın fəxri üzvü, Nobel mükafatı laureatı, professor Əziz Səncərin 80 illik yubileyinə həsr edilmiş elmi konfransda “Professor Əziz Səncər: həyat yolu, elmi irsi və dünya elminə töhfələri” mövzusunda məruzəsində  ilə çıxış edib.

Çıxışına dövlət başçısının Sərəncamı ilə Əziz Səncərin Azərbaycanın beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsindəki xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunmasını böyük qürurla xatırlatmaqla başlayan akademik İradə Hüseynova bu qərarın Türk dünyasının elminə və birliyinə verilən yüksək dəyərin təzahürü olduğunu vurğulayıb. 

XQ xəbər verir ki, akademik İradə Hüseynova Əziz Səncərin 1946-cı il sentyabrın 8-də Türkiyənin Mardin vilayətinin Savur rayonunda çoxuşaqlı, zəhmətkeş bir ailədə dünyaya göz açdığını diqqətə çatdırıb. Valideynlərinin təhsili olmasa da, övladlarının təhsilinə böyük önəm verdiklərini bildirən akademik xüsusilə anası Məryəm xanımın təhsilə inamının gənc Əzizin xarakterinin formalaşmasında mühüm rol oynadığını qeyd edib. 

1963-cü ildə İstanbul Universitetinin Tibb fakültəsinə daxil olan və 1969-cu ildə oranı birinciliklə bitirən Əziz Səncərin elmi maraqlarının hələ tələbəlik illərində DNT-nin ikiqat spiral quruluşunu öyrənərkən yarandığını vurğulayan akademik İradə Hüseynova bildirib ki, Səncər təhsilini bitirdikdən sonra doğma Savurda 18 ay pulsuz müalicə kabineti açaraq kənd həkimi kimi fəaliyyət göstərib. Lakin xəstəliklərin molekulyar səbəblərini və “niyə?” sualına cavab tapmaq arzusu onu yenidən fundamental elmə gətirib çıxarıb. 

“2015-ci ildə DNT-nin bərpası mexanizmlərinin - nukleotid eksiziyası reparasiyasının molekulyar səviyyədə kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülməsi onun onilliklər boyu çəkdiyi zəhmətin zirvəsidir. Səncər yalnız mexanizmi izah etməmiş, həm də DNT reparasiyasının insan genomu boyunca xəritələndirilməsini (“Piri Rəis xəritəsi”) həyata keçirmiş və sirkad ritmlərin xərçəngin xronoterapiya ilə müalicəsindəki mühüm rolunu sübut etmişdir”, - deyə İradə Hüseynova qeyd edib. 

Akademik İradə Hüseynova Əziz Səncərin hər zaman köklərinə bağlı olduğunu, Nobel medalını və diplomunu Anıtqəbirdə Mustafa Kamal Atatürkün xatirəsinə təqdim etdiyini vurğulayıb. Həmçinin həyat yoldaşı Gwen Səncər ilə birlikdə xaricdə oxuyan gənclərə dəstək olmaq məqsədilə Chapel Hill-də Karolina Türk Evini və Səncər Mədəniyyət Mərkəzini qurduğunu xatırladıb. 

Əziz Səncərin Azərbaycana səfərlərini, Prezident İlham Əliyevlə görüşlərini, TEKNOFEST Azərbaycan festivalındakı iştirakını və Elmlər Akademiyasında, eləcə də Molekulyar Biologiya İnstitutunda alim və tələbələrlə keçirdiyi unudulmaz görüşləri xüsusi vurğulayan İradə Hüseynova onun gənclərə ünvanladığı tövsiyəni xatırladıb.

Çıxışının sonunda akademik İradə Hüseynova Əziz Səncərin ömür yolunun “Zəhmət, elm və vəfa” fəlsəfəsinin ən parlaq təcəssümü olduğunu və onun elmi irsinin gələcək nəsillərə yol göstərməyə davam edəcəyini qeyd edib. 

Müşfiq MİRZƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri