Icma.az
close
up
RU
Professor İlbər Ortaylı Naxçıvanda yerli ictimaiyyətlə görüşüb

Professor İlbər Ortaylı Naxçıvanda yerli ictimaiyyətlə görüşüb

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Naxçıvan, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı və dəvəti ilə Naxçıvanda qonaq olan professor İlbər Ortaylının yerli ictimaiyyətlə görüşü olub.

Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, görüşdə dövlət və hökumət rəsmiləri, deputatlar, universitetin professor-müəllim heyəti, tələbələr, ictimaiyyət nümayəndələri və bir sıra tanınmış şəxslər iştirak ediblər.

Tədbir professor İlber Ortaylının həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlanıb. Sonra Naxçıvan Dövlət Universitetin rektorun Elbrus İsayevin rəhbərliyində beş modul üzrə İlbər Ortaylının çıxışları dinlənilib.

İlbər Ortaylı ilk dəfədir Naxçıvanda olduğunu və məmnunluq duyduğunu söyləyib və bu xüsusi diqqət üçün hər kəsə təşəkkürünü bildirib. Ortaylı proqram çərçivəsində “Azərbaycan və Naxçıvan tarixi”, “Tarix və müasirlik”, “Türk dünyası”, “Gənclik və zaman”, “Təhsil və elm” başlıqlı mövzularda zəngin bilgilərini bölüşüb.

Professor Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında çıxış edib. Tanınmış elm xadimi bildirib ki, Ulu Öndər Heydər Əliyev necə gözəl ifadə edib: "Bir millət, iki dövlətik". Bu fikir sehrli bir düstur, tarixi ifadədir. Türkiyə və Azərbaycanı birləşdirən bir çox dəyər, mənəvi bağ var. Bu iki dövlət ortaq mədəniyyət, din, dil, sənət biliklərinə sahib ölkələr olub, bir-birinə dostluq, qardaşlıq münasibətləri ilə bağlıdır”.

İlber Ortaylı Naxçıvanın tarixən vacib region olduğunu, Osmanlı dövründə, XIII, XIV, XV əsrlərdə xüsusən diqqət mərkəzində olduğunu bildirib. Qeyd edib ki, bu gün də Türk dünyasına açılan qapı Naxçıvanda, Naxçıvan Dövlət Universitetində anadolulu gənclərin təhsil aldığını, buradakı tələbələrlə gözəl ünsiyyət qurduğunu görmək onu xoşbəxt etdi.

Görüş tarixə, elm, mədəniyyətə dair tədbir iştirakçılarının ünvanladığı suallarla davam edib.

Sonda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev görüşdən xatirə olaraq Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Möminə xatun türbəsinin yağlı boya ilə çəkilmiş rəsm əsərini hədiyyə edib.

Qeyd edək ki, 20-22 sentyabr tarixlərində tanınmış türkiyəli tarixçi alim, Türk Tarix Qurumunun fəxri üzvü, yazıçı İlbər Ortaylının Naxçıvana səfəri baş tutub. Elm xadimi muxtar respublikada bir sıra görüşlər keçirib və çıxışları edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 22:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri