Icma.az
close
up
RU
Professor İlham Rəhimov SanktPeterburq Dövlət Universitetinin Fəxri doktoru oldu FOTOLAR

Professor İlham Rəhimov SanktPeterburq Dövlət Universitetinin Fəxri doktoru oldu FOTOLAR

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurası Qara Dəniz və Xəzər Dənizi  Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru və professor İlham Rəhimovu “Dövlətlərarası münasibətlərin inkişafında göstərdiyi böyük xidmətlərə görə” Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adına layiq görüb.

News24.az xəbər verir ki, bu yüksək mükafatın təqdimatı ilə bağlı xüsusi mərasim noyabrın 25-də Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasının iclasında baş tutub. Təqdimat mərasimində İlham Rəhimova fəxri doktorluq diplomu və mantiyası təqdim olunub.

Təntənəli mərasimdə Sankt-Peterburq Universitetinin rektoru, Rusiya Hüquqşünaslar Assosiasiyası Rəyasət Heyətinin üzvü, “Rusiya Hüquqşünaslar Assosiasiyası” Ümumrusiya ictimai təşkilatının regionlararası bölməsinin sədri Nikolay Mixayloviç Kropaçev Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülməsi münasibətilə İlham Rəhimovu təbrik edərək ona fərqləndirici nişanlar təqdim edib. “Sankt-Peterburq Universitetinin 300 illik tarixində Fəxri doktor adı Rusiyanın və xarici dövlətlərin 142 vətəndaşına verilmişdir. Onların arasında bir çox müasirlərimiz, görkəmli hüquqşünaslar və dövlət xadimləri var. Universitet öz məzunları - hüquqşünaslar və ilk növbədə Sankt-Peterburq Dövlət Universitetinin əsas məzunu - Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinlə fəxr edir”, - deyə Sankt-Peterburq Dövlət Universitetinin rektoru Nikolay Mixayloviç Kropaçev qeyd edib. 

Professor İlham Rəhimov Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasının iclasında çıxışı zamanı bildirib ki, Sankt-Peterburq Dövlət Universitetinin fəxri doktoru adı onun üçün xüsusi məna kəsb edir, çünki bütün həyatı və elmi fəaliyyəti məhz  bu universitetlə bağlıdır: 

“Taleyin hökmü ilə mən A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin tələbəsi oldum. Dostlarımın və mənim tez-tez xatırladığımız gözəl müəllimlərdən yüksək təhsil alaraq, Universitetdə əldə etdiyim biliklər sayəsində aspirant oldum və vaxtından əvvəl namizədlik, sonra isə doktorluq dissertasiyası müdafiə etdim. Eyni zamanda,   məşhur Universitetimizlə əlaqəni  heç vaxt kəsmirdim. Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasının üzvlərinə və hüquqşünaslıq sahəsində alim olduğum Universitetin divarlarına baş əyirəm”. 

Məlumat üçün onu da bildirək ki, Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adı beynəlxalq elmi, mədəni, iqtisadi və siyasi əməkdaşlığın inkişafına töhfə vermiş ən görkəmli elm, təhsil və mədəniyyət xadimlərinə, eləcə də, dövlət və ictimai xadimlərə verilir. Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru məşvərətçi  səs hüququ ilə Universitetin Elmi Şurasının iclaslarında iştirak edə, mühazirələr oxuya, elmi tədqiqatlar apara və Sankt-Peterburq Dövlət Universiteti tərəfindən təşkil olunan konfrans, simpozium və elmi tədbirlərdə iştirak edə bilər. 

Tədbirdə həmçinin Tədbirdə Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, Sankt-Peterburq Dövlət Universitetinin Qəyyumlar Şurasının üzvü, Sankt-Peterburq Dövlət Universitetinin fəxri doktoru, professor Aleksandr İvanoviç Bastrıkin,  Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyası prezidentinin müavini, Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru Taliya Yarullovna Xabriyeva, Rusiya Federasiyası Prokurorluğu Universitetinin rektor əvəzi, baş ədliyyə müşaviri Dmitri Konstantinoviç Bokov, Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Sergey Aleksandroviç Belov və digər fəxri qonaqlar iştirak  və çıxış etmişlər. S.A.Belov çıxışında qeyd etmişdir ki, Universitetdə Rusiya Elmlər Akademiyasının hazırkı hüquqşünas akademik üzvlərinin büstlərindən ibarət qalereya yaratmaq planlaşdırılır və onların arasında İlham Rəhimovun da büstü qoyulacaq. 

Noyabrın 26-da isə azərbaycanlı alimin elmi fəaliyyətinin 45 illiyinə həsr olunmuş dəyirmi masa və kitablarının sərgisi keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri