Icma.az
close
up
RU
Professor İlham Rəhimov SanktPeterburq Dövlət Universitetinin Fəxri doktoru oldu FOTO

Professor İlham Rəhimov SanktPeterburq Dövlət Universitetinin Fəxri doktoru oldu FOTO

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurası Qara Dəniz və Xəzər Dənizi  Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovu “Dövlətlərarası münasibətlərin inkişafında göstərdiyi böyük xidmətlərə görə" Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adına layiq görüb.

Redaktor.az xəbər verir ki, bu yüksək mükafatın təqdimatı ilə bağlı xüsusi mərasim noyabrın 25-də Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasının iclasında baş tutub. Təqdimat mərasimində İlham Rəhimova fəxri doktorluq diplomu və mantiyası təqdim olunub.

Təntənəli mərasimdə Sankt-Peterburq Universitetinin rektoru, Rusiya Hüquqşünaslar Assosiasiyası Rəyasət Heyətinin üzvü, “Rusiya Hüquqşünaslar Assosiasiyası” Ümumrusiya ictimai təşkilatının regionlararası bölməsinin sədri Nikolay Mixayloviç Kropaçev Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adına layiq görülməsi münasibətilə İlham Rəhimovu təbrik edərək, ona fərqləndirici nişanlar təqdim edib. 

“Sankt-Peterburq Universitetinin 300 illik tarixində Fəxri doktor adı Rusiyanın və xarici dövlətlərin 142 vətəndaşına verilib. Onların arasında bir çox müasirlərimiz, görkəmli hüquqşünaslar və dövlət xadimləri var. Universitet öz məzunları - hüquqşünaslar və ilk növbədə Sankt-Peterburq Dövlət Universitetinin əsas məzunu - Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinlə fəxr edir”, - deyə Sankt-Peterburq Dövlət Universitetinin rektoru Nikolay Mixayloviç Kropaçev qeyd edib. 

Professor İlham Rəhimov Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasının iclasında çıxışı zamanı bildirib ki, Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adı onun üçün xüsusi məna kəsb edir, çünki bütün həyatı və elmi fəaliyyəti məhz  bu universitetlə bağlıdır: 

“Taleyin hökmü ilə mən A.A.Jdanov adına Leninqrad Dövlət Universitetinin tələbəsi oldum. Dostlarımın və mənim tez-tez xatırladığımız gözəl müəllimlərdən yüksək təhsil alaraq, bu universitetdə əldə etdiyim biliklər sayəsində aspirant oldum və vaxtından əvvəl namizədlik, sonra isə doktorluq dissertasiyası müdafiə etdim. Eyni zamanda, məşhur universitetimizlə əlaqəni  heç vaxt kəsmirdim. Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurasının üzvlərinə və hüquqşünaslıq sahəsində alim olduğum universitetin divarlarına baş əyirəm”. 

Məlumat üçün onu da bildirək ki, Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adı beynəlxalq elmi, mədəni, iqtisadi və siyasi əməkdaşlığın inkişafına töhfə vermiş ən görkəmli elm, təhsil və mədəniyyət xadimlərinə, eləcə də, dövlət və ictimai xadimlərə verilir. Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru məşvərətçi  səs hüququ ilə universitetin Elmi Şurasının iclaslarında iştirak edə, mühazirələr oxuya, elmi tədqiqatlar apara və Sankt-Peterburq Dövlət Universiteti tərəfindən təşkil olunan konfrans, simpozium və elmi tədbirlərdə iştirak edə bilər. 

Tədbirdə həmçinin Rusiya Federasiyası İstintaq Komitəsinin sədri, Sankt-Peterburq Dövlət Universitetinin Qəyyumlar Şurasının üzvü, Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru, professor Aleksandr İvanoviç Bastrıkin,  Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquqşünaslıq İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyası prezidentinin müavini, Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru Taliya Yarullovna Xabriyeva, Rusiya Federasiyası Prokurorluğu Universitetinin rektor əvəzi, baş ədliyyə müşaviri Dmitri Konstantinoviç Bokov, Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Sergey Aleksandroviç Belov və digər fəxri qonaqlar iştirak  və çıxış ediblər. 

S.A.Belov çıxışında qeyd edib ki, universitetdə Rusiya Elmlər Akademiyasının hazırkı hüquqşünas akademik üzvlərinin büstlərindən ibarət qalereya yaratmaq planlaşdırılır və onların arasında İlham Rəhimovun da büstü qoyulacaq. 

Noyabrın 26-da isə azərbaycanlı alimin elmi fəaliyyətinin 45 illiyinə həsr olunmuş dəyirmi masa və kitablarının sərgisi keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri