Icma.az
close
up
RU
Professor: Trampı qərb dəyərləri xəttinə gətirirlər

Professor: Trampı qərb dəyərləri xəttinə gətirirlər

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


“ABŞ prezidenti Donald Trampın açıqlamaları, bəyanatları, şantaj və təhdidləri bir qədər ciddi qarşılanmır. Buna səbəb Trampın özüdür. Məsələn, o, dünənə qədər Rusiya lideri Putini tərifləyir, Ukrayna prezidenti Zelenskini aşağılayırdı. Amma indi əks proses baş verir, Tramp deyir ki, Rusiya sülhə gəlməsə onun üçün problem yaranacaq və s. Halbuki dünənə qədər Tramp və Putin bir-birlərinə kompliment söyləyirdilər”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Qabil Hüseynli deyib.
Sabiq dövlət müşavirinin ehtimalına görə, D. Trampın indi Rusiyaya qarşı fikirlər işlətməsinin səbəbini Britaniyanın anqlosaks birliyini gücləndirmək üçün gördüyü işlərin mahiyyətində axtarmaq lazımdır. Q. Hüseynlinin fikrincə, son günlər London bu istiqamətdə müəyyən addımlar atır və sözsüz ki, ABŞ-nın müəyyən çevrəsi də bu prosesə dəstək verir: “Məhz bu səbəbdəndir ki, indi Trampın “NATO-nu dağıdacağam”, “BMT-dən çıxacağam”,- kimi açıqlamalarına rast gəlinmir. O, eyni zamanda Rusiyanı hədələyir. Hesab edirəm ki, dünyada anqlosaks birliyinin gücləndirilməsi üçün görülən işlər Trampın özünü qorxudur. Bu səbəbdən də təhlükə ilə qarşılaşmasın deyə, siyasətinə çəki-düzən verir. Bu baxımdan Trampın daha çox anti-Rusiya fikirləri səsləndirəcəyini gözləyirəm. Düzdür, Tramp eyni zamanda Ukraynaya qəzəblənəcək. Çünki bu ölkə ilə milli sərvətlərə dair saziş bağlamaq istəyir. Daha doğrusu, Ukraynanın sərvətlərinə sahib olmaq, eyni zamanda ABŞ-nın qrant kimi Ukraynaya verdiyi silahların əvəzinin ödənilməsinə çalışır. Halbuki dünyada qrant kimi verilən silahlara heç harada pul ödəmirlər”.
Q. Hüseynli qeyd edib ki, ABŞ-nın Ukraynaya kömək etməkdən başqa yolu yoxdur: “ABŞ kənara çəkilsə, Avropa Ukraynaya dəstək verəcək. Bu da istər-istəməz ABŞ-nın zəifləyən nüfuzuna daha mənfi təsir göstərəcək. Qısası, düşünürəm ki, Trampı tədricən qərb dəyərləri xəttinə gətirirlər və bu proses davam edəcək”.
Y. QACAR
Reyting.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://reyting.az
archiveBu xəbər 01 Aprel 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri