ABŞ İrana zərbə endirə bilər: İsrailin gözlədiyi iki ssenari
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-la İran arasında danışıqların nəticəsiz qalması Yaxın Şərqdə yeni hərbi qarşıdurma ehtimalını gündəmə gətirib. İsrail Müdafiə Nazirliyi təhlükəsizlik vəziyyətinin pisləşəcəyini nəzərə alaraq mümkün müharibəyə hazırlıq görür.
Moderator.az İsrailin 7-ci Kanalına və News 12 nəşrinə istinadən xəbər verir ki, Təl-Əviv Vaşinqtonun diplomatik proseslə bağlı qərarlarını yaxından izləyir.
İsrailin qiymətləndirməsinə görə, müharibənin başlanması üçün iki əsas ssenari var. Birinci ssenari İranın ABŞ və ya İsrail hədəflərinə zərbə endirərək qarşıdurmanı başlamasıdır. İkinci variant isə Tehranın hərbi təhdidlərinin artması və İsrailin müdaxilə zərurəti ilə üzləşməsidir.
İsrail hesab edir ki, hazırda təcili hərbi müdaxilə tələb edən vəziyyət yaranmayıb və qərar qəbul etmək üçün bir neçə ay vaxt qala bilər. Mümkün əməliyyatın əsas məqsədləri İranın nüvə proqramına zərbə vurmaq və hərbi imkanlarını zəiflətmək olacaq.
Mossadın keçmiş rəhbəri Dadi Barnea isə Tehrana qarşı daha qətiyyətli addımların atılmasına çağırıb. O, İran rejiminin süqutu üçün yeni müharibə ehtimalının da nəzərdən keçirilməli olduğunu bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 24 Noyabr 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















