Prokuror 7 il 10 ay 15 gün iş istədi Nağı Quliyev HAKİM QARŞISINDA
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən Nağı Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Dövlət ittihamçısı Tural Yaqubov məhkəmədən təqsirləndirilən şəxsin 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Vəkil müdafiə çıxışı üçün vaxt istəyib.
Proses fevralın 7-dək təxirə salınıb.
Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Belə ki, Nağı Quliyev aralarında yaranmış mübahisə zamanı Əlisakit Məmmədovaya bıçaq zərbəsi vurub.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Baxış sayı:84
Bu xəbər 17 Yanvar 2025 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















