Icma.az
close
up
RU
Prokuror ərini baltalayan qadının cəzasının azaldılmasını istədi, məhkəmə qismən təmin etdi

Prokuror ərini baltalayan qadının cəzasının azaldılmasını istədi, məhkəmə qismən təmin etdi

Pravda.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ali Məhkəmədə ərini öldürməyə cəhddə təqsirləndirilən Lalə İmaşovanın barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayətinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, kassasiya protestini əsaslandıraraq qeyd edib ki, iş materiallarından aydın olur ki, məhkəmə qərarının qəbul edildiyi ərəfədə məhkum uşaqları ilə münasibətlərinin sosial-mənəvi xarakteri, azyaşlı uşaqların daha uzun müddətə ana himayəsindən məhrum qalacağı təqdirdə onların normal həyat, tərbiyə və məişət şəraitlərinin müqəddaratı, eləcə də təhsil və cəmiyyətdə sağlam formalaşmaq imkanlarına yönələn ictimai maraq apellyasiya instansiyası məhkəməsində lazımınca dəyərləndirilməmiş və nəzərə alınmamışdır.

İttihamçı bildirib ki, Lalə İmaşovanın 3 azyaşlı uşağının olması və uşaqların anası ilə daha çox sosial-mənəvi bağlılıqları, zərərçəkmişlə məhz apellyasiya baxışında barışıq əldə olunması onun hazırkı işdə törətmiş olduğu cinayətin ictimai təhlükəliliyini Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqini zəruri edəcək qədər əhəmiyyətli dərəcədə azaltmaqla bərabər, sosial ədalətin bərpasına da daha çox yardım etmiş olardı və yalnız həddinə görə bir qədər aşağı cəzanın təyin olunması onun cəzasız qalması, yaxud cəzanın məqsədlərinin təmin olunmaması kimi yozula bilməzdi.

Məhkəmənin qərarına əsasən, məhkumun müdafiəçisi tərəfindən verilən kassasiya şikayəti və dövlət ittihamçısınən kassasiya protesti qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 27 mart tarixli hökmü ilə məhkum edilmiş Lalə İmaşova barəsində olan Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 2 oktyabr tarixli qərarı kassasiya müraciətlərinə münasibətdə dəyişdirilib. Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədn adan öldürməyə cəhd) maddəsinə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilib. Onun 7 il 10 13 gün azadlıqdan məhrumetmə cəzası ilə endirilib. 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lalə İmaşova 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 7 il 10 13 günə endirmişdi.

İttihama görə,  hadisə 2023-cü il yanvarın 21-də paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, Lalə İmaşova əri Ceyhun İmaşovla mübahisə edib. Daha sonra qadın baltanın kəsici hissəsi ilə ərinin baş nahiyəsinin arxa hissəsindən iki dəfə zərbə vurub. Nəticədə Ceyhun İmaşov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi ittiham elan olunub.

Kamal Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://pravda.az
archiveBu xəbər 01 Aprel 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Elgün öldürülüb, yoxsa intihar edib? Ekstrasens

18 May 2025 13:59see404

Tut yığmaq üçün ağaca çıxan kişi yıxılaraq öldü

18 May 2025 21:32see169

IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?

19 May 2025 11:32see160

Neftçi Səbail ə, Qarabağ Kəpəz ə qarşı

18 May 2025 08:01see132

Misir aeroportunda bədbəxt hadisə: Reklam lövhəsi sərnişinlərin üzərinə aşdı

18 May 2025 17:49see130

ABŞ da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

18 May 2025 03:08see127

Messi tarixin ən yaxşı oyunçusu seçildi

18 May 2025 17:38see119

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

18 May 2025 02:35see119

Ciorcia Meloni Aİ nin ekologiya siyasətini tənqid edib

18 May 2025 04:00see118

Xudafərin körpüsündə qazıntı aparan şəxsin meyiti tapıldı

18 May 2025 17:52see118

Kannda qanlı hadisə: Palma ağacı festivalın qonağını xəstəxanalıq etdi

18 May 2025 07:21see116

İtaliyada çempion son turda müəyyənləşəcək

19 May 2025 01:07see116

Azərbaycanlı futbolçu Almaniyada mövsümü 14 qolla başa vurub

19 May 2025 02:58see116

Meyvə alarkən bunlara diqqət et Sağlamlıq üçün vacib məqamlar

18 May 2025 22:37see116

Sudanda silahlıların hücumu nəticəsində 18 dən çox insan qətlə yetirilib

18 May 2025 18:38see114

İdarə rəisi sərxoş vəziyyətdə saxlanılıb Qalmaqal

19 May 2025 00:20see114

Yağışlar Zaqatalada 100 dən çox sakinə ziyan vurdu

19 May 2025 00:01see114

Ölümünü yuxusunda görən sənətkar Səxavət Məmmədovun həyat hekayəsi

19 May 2025 01:01see111

Populyar film ekranlara qayıdır

19 May 2025 02:33see111

Bakıda və bölgələrdə güclü külək gözlənilir XƏBƏRDARLIQ

18 May 2025 19:33see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri