Azərbaycan kikboksçusu Tailandda keçirilən turnirdə qələbə qazanıb
Icma.az, Sia Az saytına istinadən bildirir.
Azərbaycan kikboksçusu Nihad Tağızadə Tailandın Puket şəhərində keçirilən "Bangla" peşəkar liqasında qələbə qazanıb. SİA xəbər verir ki, 54 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz tailandlı idmançını vaxtından əvvəl məğlub edib.
Qeyd edək ki, N.Tağızadə dünya çempionatına hazırlıq məqsədilə həmin ölkədə təlim-məşq toplanışındadır.

