Icma.az
close
up
RU
“İran və İsrail hər an yenidən toqquşa bilər” ŞƏRH EDİLDİ

“İran və İsrail hər an yenidən toqquşa bilər” ŞƏRH EDİLDİ

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"İran-İsrail arasında iyun ayının 13-ü səhər saatlarında başlayan o proses 12 gün sonra bitdi. Bunun bitməsində əsas səbəblər vardır. Tərəflər kifayət qədər bir-birlərinə havadan hücumlar etdilər və bir-birlərinin ərazilərini uzaqdan vurdular. İsrailin silahının tükənməsi kimi ciddi məlumatlar yayıldı. İran da təbii ki, kifayət qədər bu məsələdə zərərə məruz qaldı. ABŞ-ın müdaxiləsindən sonra bu atəşkəsin əldə edilməsinə nail olundu". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, amma bu heç də birdəfəlik atəşkəs və yaxud sülh demək deyil tərəflər arasında. Çünki biz ondan sonra da gördük ki, hər iki tərəf bir-birini ittiham edərək özlərini qalib elan etdilər. Yəni bu müharibədə hər iki tərəf özünü qalib elan edirsə, qarşı tərəfi məğlub elan edirsə, bu atəşkəs demək deyil. Biz bilirik ki, atəşkəsin özü müharibənin bir tərkib hissəsidir və tərəflər arasında sülhün əldə edilməsi ehtimalı da real görünmür: "1979-cu ildən İranda hazırkı rejimin hakimiyyətə gəlməsindən sonra İranla İsrail arasında faktiki olaraq bütün məsələlərdə baxışlar toqquşur, ziddiyyətli mövqelər var və bu, zaman-zaman onların arasında qarşıdurmalar yaradıb. Düzdür, bu şəkildə heç vaxt bir-birilərini hədəfə almamışdılar. Hər halda bunun da şahidi olduq, amma atəşkəsdən sonra da belə qarşılıqlı ittihamlar dayanmadı.

Düşünürəm ki, bu məsələdə İsrailin yenidən silahlanması və İranın da öz zəif nöqtələrini aradan qaldırması ilə bağlı zamana ehtiyacları var. Hər iki tərəf bu müddətdə həm qarşı tərəfin, həm də özlərinin zəif və güclü nöqtələrini təhlil edib, istənilən vaxt bu prosesi yenidən başlada bilərlər. Ümumiyyətlə, bu prosesin tam şəkildə bitməsi üçün tərəflərdən birinin mövcud olmaması, rejim dəyişikliyi və münasibətlərin fərqli formada qurulması ehtiyacı var. Bu, hələ də həm region, həm qonşu dövlətlər, həm də dünya üçün təhdiddir. Yaxın Şərq mövzusu ötən əsrdən bu günə qədər prioritet məsələdir və dünya güclərinin mövqelərinə təsir edən regiondur.

İsrailin və ABŞ-ın bu prosesdə tam şəkildə iştirak edə bilməməsinin də səbəbləri var. Çünki ABŞ-da Donald Trump administrasiyasının bir sıra ciddi problemləri var: ərazi iddiaları, Avropa İttifaqı ilə fikir ayrılıqları, Rusiya-Ukrayna münaqişəsinin həll olunmaması, Çinlə iqtisadi müharibə və s. Bu səbəbdən ABŞ İran-İsrail məsələsində tam fokuslana bilmir və bu mövzu ertələnə bilər. Amma bu mövzu hələ də gündəmdədir. Yenidən alovlanması və müharibəyə gətirib çıxarılması üçüncü dünya müharibəsi anlamına gələcək və ondan sonra həm regionda, həm də dünyada yeni nizam formalaşacaq. Bu baxımdan bu problem, bu təhlükə, bu təhdid hələ də qalır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 İyul 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri