Prokurorluq işçilərinin pensiya yaşı 65 ə qaldırılır
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Prokurorluq orqanlarında çalışan şəxslərin pensiyaya çıxma yaşı 65-ə qədər artırılır.
Bakupost.az xəbər verir ki, bununla bağlı “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanununa dəyişiklik təklif olunur.
Sənəd Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Belə ki, qanun layihəsi prokurorluq orqanlarında qulluq keçmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Dəyişikliyin əsas məqsədi uzunmüddətli təcrübəyə malik prokurorluq işçilərinin prokurorluq orqanlarında fəaliyyətini davam etdirməsinə şərait yaradaraq prokurorluq orqanlarının səmərəliyinin artırılmasıdır.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, həmin şəxslərin pensiya yaşı 60-a qədər olub.
Bu mövzuda digər xəbərlər:Bu qurumda çalışanların pensiya yaşı 65 ə qaldırılır
18 İyun 2025 19:31
Pensiya yaşı 70 ə qaldırılır
24 İyun 2026 16:52
Onların pensiya yaşı həddi 75 ə qaldırılır
28 Fevral 2025 13:27
Gələn həftədən qadınların pensiya yaşı 65 ə çatdırılır
22 İyun 2026 10:02
Prokurorluq zorakılığa məruz qalan 65 KONKRET
01 Aprel 2026 00:14
Baxış sayı:140
Bu xəbər 18 İyun 2025 19:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















