Icma.az
close
up
RU
Prokurorluqda aparılan araşdırmalara müdaxilə etməyi vəd verən şəxsə hökm oxundu

Prokurorluqda aparılan araşdırmalara müdaxilə etməyi vəd verən şəxsə hökm oxundu

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sabunçu Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Akif Hacızadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Qaynarinfo Pravda.az-a istinadən xəbər verir ki, hakim Samirə Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona iki il doqquz ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Məhkəmə materiallarına əsasən, Akif Hacızadə qabaqcadan əlbir olan bir qrup şəxslə birlikdə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz ələ keçirməkdə, yəni təkrar dələduzluq etməkdə ittiham olunur.

İttihama görə, təqsirləndirilən şəxs tanışı ilə cinayət əlaqəsinə girərək zərərçəkmiş şəxslərə Nərimanov Rayon Prokurorluğunda aparılan araşdırmaların onların xeyrinə həll ediləcəyi barədə yalan vədlər verib. Bu məqsədlə o, 1-15 dekabr 2024-cü il tarixləri arasında zərərçəkmiş S.S. və zərərçəkmiş M.M.-in (hər ikisinin adı, soyadı şərtidir) ümumilikdə 15 000 manat pul vəsaiti vermələrinin zəruri olduğunu bildirib. Bu zaman onun tanışı hüquq müdafiəçisi olmadığı halda, özünü hüquq müdafiəçisi kimi təqdim edib və bununla zərərçəkmiş şəxslərin etibarını qazanıb. Daha sonra guya göstərilən hüquqi yardımla əlaqədar olaraq onlardan müxtəlif məbləğlərdə pul toplanılıb.

Beləliklə, qrup halında həyata keçirilmiş dələduzluq nəticəsində zərərçəkmiş şəxs S.S.-ə 7 500 manat, zərərçəkmiş M.M.-ə isə 7 500 manat olmaqla, ümumilikdə xeyli miqdarda maddi ziyan vurulub.

Bundan əlavə, Akif Hacızadə başqa bir epizod üzrə də özgənin əmlakını aldatma yolu ilə ələ keçirməsi müəyyən edilib. Belə ki, o, 2024-cü ilin may ayında zərərçəkmiş F.F.-in (adı, soyadı şərtidir) Binəqədi RPİ-də aparılan araşdırmanın xeyrinə həll olunması üçün "videogörüntülərin arxivdən götürüləcəyi" barədə yalan vəd verərək 5 000 manat məbləğində pul tələb edib. Bu məqsədlə o, zərərçəkmiş şəxsdən 23 dekabr 2024-cü il və 19 yanvar 2025-ci il tarixlərində müxtəlif məbləğlərdə, ümumilikdə 3 000 manat məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:87
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Dekabr 2025 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri