Proqramlar qayıtdı, Vüsalə Əlizadənin adı çəkilmədi
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Xəzər TV yeni mövsümə start verib.
Axşam.az xəbər verir ki, kanal ötən mövsümdə tamaşaçıların marağına səbəb olan “Xəbər ertəsi”, “Qonaqcanlı”, “Evdəkilərə salam”, “Xəzər axşamı” və “Təsir dairəsi” proqramlarının yeni mövsümdə də yayımlanacağını açıqlayıb. Belə ki, aparıcılar Lalə Azərtaş, Aytən Səfərova, Aytəkin Mərdanova və Mətanət Əliverdiyeva yeni mövsümdə də kanalda fəaliyyətini davam etdirir.
Diqqətçəkən məqam isə aparıcı Vüsalə Əlizadənin yeni mövsümdə kanalda olub-olmayacağının hələlik açıqlanmamasıdır. Onunla bağlı heç bir anons efirə getməyib.
Qeyd edək ki, Vüsalə ötən mövsüm aparıcısı olduğu “İncə səhər” proqramından ayrıldığını açıqlamışdı. O, səhhəti ilə əlaqədar səhər verilişi aparmaq istəmədiyini bildirmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 14 Sentyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















