Icma.az
close
up
RU
“Prosedurdan sonra mənə dedilər ki, o həkim yox, bərbərdir”

“Prosedurdan sonra mənə dedilər ki, o həkim yox, bərbərdir”

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Bakıda qadın etdiyi estetik prosedurdan sonra üzünün pis vəziyyətə düşdüyünü deyir.  

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. “Qafqazinfo” həmin qadını taparaq problemi ilə maraqlanıb. 

Çimnaz Nəhmədova saytımıza açıqlamasında bildirib ki, prosedur üçün “SG Estetik Mərkəzi”nin kosmetoloqu Əmrah Mehdiyevə “MayoMed” klinikasında müraciət edib. Qadının sözlərinə görə, adıçəkilən həkimin yanlış müalicəsi və uğursuz proseduru səhhətinə ziyan vurub: “Əslində, o həkimi 3 ildir, izləyirdim. Əl işlərini bəyənirdim, öz instaqram hesabında tək diqqətimi çəkən şərh bölməsini bağlı saxlaması olub. Ancaq aprelin 30-u dərialtı çapıqların təmizlənməsi prosedurunu etdirmək üçün yanına getdim. Ona ağrıya qarşı çox həssas olduğumu dedim. Ancaq həkim heç bir ağrının olmayacağını bildirərək prosesə başladı. Lakin mənim həmin anda vəziyyətim pisləşdi, prosedur yarımçıq qaldı. Bu prosesi etdikdən sonra tanışlarım dedi ki, o həkim yox, bərbərdir”. 

Şikayətçi, həmçinin qeyd edib ki, bu proses üçün həkimə ümumilikdə 1045 manat ödəniş edib: “Mənə əvvəl məbləği aşağı demişdi. Sonra dəyişdi, nəticədə 1045 manat ödəniş elədim. Hətta ödənişin kartına göndərilməsini istəyərək terminalın işləmədiyini bildirdi. Ödənişə dair qəbzlər məndə mövcuddur. Hazırda üzüm iltihablı və şişkindir, yaşayacağım belə bəlli deyil. Mən üzümü əvvəlki vəziyyətinə qaytarmaq üçün ödənişi geri tələb edirəm. Başqa insanlar da görməlidir ki, onların başına da bu hal gəlməsin”. 

Fotoda: Əmrah Mehdiyev

İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Əmrah Mehdiyevlə əlaqə saxladıq. Kosmetoloq saytımıza açıqlamasında iddiaları təkzib edib: “Biz bu məsələni hüquqi müstəvidə həll edəcəyik. Həmin xanım klinikamızda iki dəfə olub. İlk dəfə gəldikdə biz onu uzaqlaşdırmışdıq. İkinci dəfə gəldi, indi də belə problemlə üzləşirik. Dedikləri əsassızdır və bu, sadəcə şər-böhtandır. Müalicənin isə dərhal effekt verməsi təbii ki, qeyri-mümkündür.

Otaqda kamera var. Onun dediklərini sübut kimi təqdim edə bilərik. Prosedura başlamazdan əvvəl ağrıya həssas olduğu üçün bütün tibbi hazırlığı gördük. Bərbər işləmək məsələsinə gəldikdə isə həmin peşə sahiblərinə hörmət edirəm. Ancaq mənim öz sənətim var, bu iddialarda heç bir əsas yoxdur”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə də sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, istənilən həkimdən şikayət edilməsi mexanizmi üçün şikayətçinin rəsmi müraciəti daxil olmalıdır: “Şikayətçi həmin klinika (həkimlə) ilə münasibətləri təsdiqedici sənədlərlə birgə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinə müraciət edərək göndərməlidir. Yalnız bu halda işçi qrupu tərəfindən araşdırma aparılır və ehtiyac yarandıqda plandankənar yoxlama açılır”.

Fidan Etibar 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 02 May 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see346

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see311

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see305

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see298

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see296

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see288

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see286

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see282

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see277

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see270

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see251

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see248

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see240

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see234

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see233

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see233

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see230

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see218

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see217
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri