Icma.az
close
up
RU
“Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası

“Proses başlasın!” və ya Kremlin danışıqlar imitasiyası

Icma.az, Ayna saytına istinadən bildirir.

Pavel Dubravski: “Danışıqlar münaqişənin həlli istiqamətində tendensiyanın getdiyini göstərdi”

Şahin Cəfərli: “Tramp öz missiyasının nəticəsiz bitdiyini, təkliflərinin Putin tərəfindən rədd olunduğunu qəbul etmək istəmir”

Mayın 19-da Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında növbəti telefon danışığı olub. Bu dəfə söhbət iki saatdan çox davam edib. Bundan dərhal sonra Rusiya lideri söhbəti “mənalı və çox faydalı” adlandırıb.

Əsas müzakirə mövzusu Ukrayna olub. Putin Rusiya və Ukrayna arasında birbaşa danışıqları asanlaşdırdığına görə Trampa təşəkkür edib. Söhbət zamanı liderlər mümkün atəşkəs və Putinin fikrincə, “komromislərə əsaslanmalı” sülh sazişinin bağlanması barədə fikir mübadiləsi aparıblar: “Rusiya və Ukrayna hər iki tərəfə uyğun olan kompromislər tapmalıdır”. Putin həmçinin vurğulayıb ki, hər iki tərəf, onun fikrincə, “doğru yoldadır”, lakin mümkün atəşkəs və ya sazişin imzalanması üçün vaxt çərçivəsini açıqlamayıb: “Əsas odur ki, Ukrayna böhranının köklü səbəbləri aradan qaldırılsın”.

ABŞ Prezidenti Donald Tramp da danışıqların nəticələrindən “məmnun” olduğunu bildirib. Amerika lideri qeyd edib ki, “söhbətin tonu və ruhu əla olub” və tərəflər Ukrayna böhranı ilə bağlı bir sıra məqamlarda razılığa gəliblər: “Rusiya və Ukrayna dərhal atəşkəs danışıqlarına başlayacaq. Münaqişəyə son qoyulması şərtlərinin müzakirəsi ən qısa zamanda başlayacaq. Müqavilənin parametrlərini birbaşa Rusiya və Ukrayna müəyyən edəcək. Danışıqlar prosesinin təfərrüatlarını yalnız onlar, Rusiya və Ukrayna bilirlər ki, bu da heç kimə məlum deyil”.

Tramp həmçinin hərbi əməliyyatlar başa çatdıqdan sonra Rusiya ilə ABŞ arasında irimiqyaslı ticarətin bərpasının vacibliyini bir daha vurğulayıb. Onun sözlərinə görə, Ukrayna həm də gələcək iqtisadi proseslərin əsas benefisiarlarından birinə çevrilə bilər: “Rusiyanın iş yerləri yaratmaq və rifahı artırmaq üçün böyük potensialı var. Onun potensialı sonsuzdur”.

Tramp əlavə edib ki, o artıq Avropa İttifaqı (Aİ) liderlərinin əksəriyyətini, o cümlədən Ursula fon der Leyen, Emmanuel Makron və Fridrix Merzi söhbətin nəticələri barədə məlumatlandırıb. Həmçinin, onun sözlərinə görə, Papa XIV Leo Vatikan ərazisində danışıqların təşkilində maraqlı olduğunu bildirib.

“Proses başlasın!”, - deyə Amerika lideri vurğulayıb.

Qeyd edək ki, Putinlə söhbətindən bir müddət əvvəl Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə qısa telefon danışığı aparıb. “The Wall Street Journal” yazıb ki, Zelenski Trampa çağırış edib: 30 günlük atəşkəs üçün Rusiyadan razılıq istəmək, Trampın iştirakı ilə Putin və Zelenski arasında gözlənilən şəxsi görüşü təsdiqləmək, Ukraynasız Ukrayna ilə bağlı qərarlar qəbul etməmək.

Söhbət cəmi bir neçə dəqiqə davam edib, lakin siyasətçilər Tramp və Putin danışdıqdan sonra yenidən əlaqə saxlamağa razılaşıblar.

Daha sonra Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bu söhbətin əlavə təfərrüatlarını açıqlayıb. Bildirib ki, ABŞ və Rusiya arasında əsirlərin mübadiləsinə dair ilkin razılıq əldə olunub, Tramp münaqişə bitdikdən sonra Rusiyanı mühüm iqtisadi tərəfdaş kimi gördüyünü təsdiqləyib, atəşkəsin vaxtı ilə bağlı məsələ qaldırılmayıb, prezidentlər arasında şəxsi görüşün mümkünlüyü müzakirə edilib, lakin konkret tarixlər və yerlər göstərilməyib. Bununla yanaşı, tərəflər Ukrayna da daxil olmaqla, bütün məsələlər spektri üzrə dialoqu davam etdirmək barədə razılığa gəliblər.

“Səmimi və konstruktiv söhbət oldu. Maraqlıdır ki, bu, prezidentimizin Donald Trampı on birinci nəvəsinin doğulması münasibətilə təbrik etməsi və təbii ki, yeni doğulan körpəyə və Trampın qızına sağlamlıq arzulaması ilə başladı”, Uşakov qeyd edib.

Bu arada, bir gün əvvəl ABŞ-ın vitse-prezidenti J.D.Vens Donald Trampın Ukrayna nizamlanmasından məyus olduğunu və Ağ Evin danışıqlar prosesindən mümkün geri çəkilməsinə işarə vuran açıqlama vermişdi.

“Campaign Insider” “Telegram” kanalının müəllifi, analitik Pavel Dubravskinin sözlərinə görə, prezidentlər arasında söhbət danışıqlar prosesində dəyişiklik üçün mühüm siqnal olub. “Lenta.ru” ilə söhbətində o qeyd edib ki, hətta çox yaxın keçmişdə, Co Baydenin prezidentliyi dövründə belə təmaslar haqqında düşünmək mümkün deyildi: “Telefon danışığını birmənalı olaraq müsbət xarakterizə edərdim. Danışıqlar münaqişənin həlli istiqamətində tendensiyanın getdiyini göstərdi”.

Onun fikrincə, mövzuların əhəmiyyətli bir hissəsi qeyri-ictimai olaraq qalacaq: “Lakin tezliklə Rusiyadan gələcək danışıqlar prosesinin strukturu ilə bağlı bəyanatlar gözləmək olar. Rusiya sadəcə olaraq atəşkəsə razı olmayacaq. Kreml üçün sülhə gedən yol xəritəsinin necə görünəcəyini anlaması vacibdir”.

Azərbaycanlı analitik Şahin Cəfərli isə hesab edir ki, Putin növbəti dəfə Trampı istədiyi kimi yönləndirməyə nail olub. Politoloq “Facebook” səhifəsində yazısında xatırladıb ki, “Putin bildirib ki, Rusiya Ukrayna ilə tezliklə masaya oturub həm atəşkəs, həm də ümumən məsələnin həlli barədə danışıqlara başlamağa” hazırdır: “Halbuki problem tərəflərin masaya oturmaması yox, Putinin istər atəşkəs, istərsə də yekun həll üçün qəbulolunmaz şərtlər irəli sürməsidir. İstanbuldakı son görüşdə Rusiya tərəfi ultimativ tələblərini bir daha təkrarlayıb”.

“Rusiya danışıqlar prosesini imitasiya etməklə diqqəti 2 mühüm məqamdan yayındırır: Trampın qeyd-şərtsiz 30 günlük atəşkəs və 22 maddəlik sülh planı Putin tərəfindən rədd edilib. Bununla əslində ABŞ-ın Rusiyaya qarşı sanksiya rejimini ağırlaşdırması və ümumən bu istiqamətdə əvvəlki, ənənəvi siyasətə dönməsi üçün əsas yaranıb. Bu barədə Tramp özü və onun komanda üzvləri indiyə qədər dəfələrlə açıqlama veriblər və Senatda müvafiq qanun layihəsi də hazırlanıb. Lakin Tramp öz missiyasının nəticəsiz bitdiyini, təkliflərinin Putin tərəfindən rədd olunduğunu qəbul etmək istəmir. Çünki bu durumun təsbiti halında Rusiyaya qarşı təzyiq siyasətini bərpa etmək məcburiyyətində qalacaq”, - Cəfərli vurğulayıb.

Siyasi icmalçı hesab edir ki, Trampın mövqeyi absurd mənzərə yaradır: “Belə çıxır ki, növbəti görüşlərdə heç bir nəticə əldə olunmasa belə Rusiyanın imitasion diplomatiyanı davam etdirməsi kifayət edəcək ki, o ABŞ-ın basqısından yayınıb, müharibəni istədiyi qədər davam etdirsin. Hətta işğalçının ultimatumlarını rədd edib masadan qalxacağı təqdirdə Ukraynanın Trampın gözündə danışıqları pozan qeyri-konstruktiv tərəfə çevrilməsi də mümkündür. Bütün bunlara rəğmən ehtimal var ki, Konqres, dövlət aparatı, eləcə də avropalı müttəfiqlər yenidən Trampın mövqeyinə təsir edib, onu doğru, məqbul istiqamətə yönəldə biləcəklər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://ayna.az
archiveBu xəbər 20 May 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see429

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see275

İltihablı sızanaqlar yeniyetmənin həyatını alt üst etmişdi. İnteqrativ müalicə ilə həll yolu tapıldı VİDEO

21 Sentyabr 2026 14:56see267

Səyyad Aranın sözlərinə Səhiyyə Nazirliyindən CAVAB

21 Sentyabr 2026 14:49see264

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see261

Qırmızı soğan və karri Bu ikili orqanizmi gücləndirir

21 Sentyabr 2026 18:20see248

Kapadokya Səhiyyə Turizmi Sammitində ölkəmizi ATMU təmsil edib

21 Sentyabr 2026 14:50see247

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see243

Səhiyyə Nazirliyindən Səyyad Arana Cavab

21 Sentyabr 2026 14:47see240

Prezident İlham Əliyevin çıxışında sülh, dini dialoq və tarixi irs məsələləri ŞƏRH

21 Sentyabr 2026 14:23see237

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see234

Bankın bağlanması əmanətin itirilməsi deməkdirmi? İQTİSADÇI DANIŞDI

21 Sentyabr 2026 13:01see229

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see229

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see224

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see224

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see222

Bakıda qadından nəhəng, 6 kq lıq şiş çıxarıldı

21 Sentyabr 2026 16:14see222

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see217

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see211

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri