Icma.az
close
up
RU
Çoxşaxəli və davamlı proses...

Çoxşaxəli və davamlı proses...

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Güclü hüquqi dövlət istəyiriksə, güclü vətəndaş cəmiyyəti vacibdir!

Hüquqi dövlətin formalaşması prosesi həyati tələbatdır. Bu anlayış yalnız dövlət çərçivəsində deyil, eyni zamanda bütün cəmiyyətə aiddir. Bir sözlə, güclü vətəndaş cəmiyyəti hüquqi dövlətin formalaşmasında müəyyən rola malikdir. Ölkəmiz də hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində mühüm mərhələlərdən keçib. Qeyri-hökumət təşkilatları, media və digər vətəndaş təşəbbüsləri bu prosesə aktiv şəkildə cəlb olunub.

Ölkəmizdə Konstitusiyanın qəbulu hüquqi dövlətin formalaşması prosesinin mühüm tərkib hissəsi sayılır. Azərbaycan Konstitusiyası cəmiyyətin yeniləşməsi və inkişafının prinsip və parametrlərini göstərir, siyasi, iqtisadi sistemdə kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçidi əks etdirir. Konstitusiya öz mahiyyətinə görə bütün dövlət mexanizminin funksiya göstərməsi, hakimiyyətin və onun prinsipləri əsasında fəaliyyətidir. Konstitusiya prinsipləri eyni zamanda vətəndaşların hüquq və azadlıqlarının təminatının və müdafiəsinin hüquqi əsasıdır.

Vətəndaş cəmiyyətinin iştirakı zəruridir...

“Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin (BQRTM) sədri Rauf Zeyni “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hüquqi dövlət quruculuğu yalnız qanunların qəbul olunması və dövlət qurumlarının fəaliyyətinin hüquqi əsaslara söykənməsi ilə bitmir: “Hüquqi dövlətin səmərəli şəkildə qurulması və işləməsi üçün vətəndaş cəmiyyətinin iştirakı zəruridir. Demokratik idarəetmənin əsas sütunlarından biri olan vətəndaş cəmiyyəti hüquqların qorunması, ictimai nəzarət, qanunvericiliyin təkmilləşdirilməsi və hüquqi maarifləndirmə sahələrində mühüm rol oynayır”.

QHT-lərin bu prosesə cəlb olunması vacibdir

R.Zeyni qeyd edib ki, Azərbaycanda son illərdə hüquqi dövlət quruculuğuna yönəlmiş islahatlar çərçivəsində qeyri-hökumət təşkilatları, media və digər vətəndaş təşəbbüsləri bu prosesdə aktiv iştirak edirlər: “Onlar dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət həyata keçirir, qanun pozuntularını işıqlandırır, eləcə də ictimai rəyin formalaşmasında iştirak edirlər. Xüsusilə korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin olunmasında vətəndaş cəmiyyətinin rolu daha da qabarıq olmalıdır.

Məsələn, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda da vətəndaş cəmiyyətinin iştirakı nəzərdə tutulur. Sənəddə ictimai nəzarətin genişləndirilməsi, ictimai şuraların fəaliyyətinin gücləndirilməsi və şəffaflığın artırılması ön plana çəkilir.

Eyni zamanda, hüquqi maarifləndirmə də vətəndaş cəmiyyətinin prioritet istiqamətlərindəndir. Hüquqi biliklərə malik vətəndaşlar hüquqlarını qorumaqda daha fəal olur və dövlətin fəaliyyətindən hesabat tələb edə bilir. QHT-lər bu sahədə treninqlər, seminarlar və sosial kampaniyalar vasitəsilə hüquq şüurunun formalaşmasına töhfə verirlər.

Vətəndaş cəmiyyəti qanunvericilik prosesində də iştirak edir. QHT-lər qanun layihələrinə rəy bildirir, təkliflər irəli sürür və bu yolla daha səmərəli hüquqi bazanın formalaşmasına şərait yaradır. Hesab edirəm bu prosesin daha da təkmilləşdirilməsinə ehtiyac var. Qanun layihələrin hazırlanması prosesinə başlandığı dövrdən ekspertlərin və sahəvi QHT-lərin bu prosesə cəlb olunması çox vacibdir”.

Vətəndaş cəmiyyəti dövlətlə vətəndaş arasında “körpü”dür

R.Zeyninin sözlərinə görə, başqa bir mühüm mexanizm isə ictimai şuralar ola bilər: “Hesab edirəm ki, vətəndaşların idarəetmədə iştirakını təmin edən bu alətin təsir imkanlarının artırılması üçün hüquqi və institusional mexanizmlər gücləndirilməlidir. İctimai dialoqun təşviqi də hüquqi dövlətin möhkəmləndirilməsində vacib rol oynayır. Vətəndaş cəmiyyəti dövlətlə vətəndaş arasında “körpü” funksiyası daşıyır, sosial məsələlərin müzakirəsini təşviq edir. Xüsusilə ictimai dinləmələr və açıq müzakirələr bu prosesə töhfə verir.

Nəhayət, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi də vətəndaş cəmiyyətinin digər mühüm fəaliyyət sahəsidir. Azərbaycan QHT-ləri beynəlxalq əməkdaşlıq nəticəsində hüquqi dövlət quruculuğunda müasir yanaşmaları ölkəyə gətirə bilər. Və yaxud əksinə, Azərbaycanın bu sahədə uğurlu modelləri - “ASAN xidmət”, “DOST” və digərlərinin beynəlxalq səviyyədə yayılmasına təkan verə bilər.

Beləliklə, hüquqi dövlətin qurulması yalnız dövlətin işi deyil, bu, eyni zamanda vətəndaş cəmiyyətinin aktiv iştirakı ilə mümkün olan çoxşaxəli və davamlı bir prosesdir. Bu baxımdan, biz güclü hüquqi dövlət istəyiriksə, bunun üçün güclü vətəndaş cəmiyyəti vacibdir. Başqa sözlə desək, vətəndaş cəmiyyətinin güclənməsi hüquqi dövlətin inkişafının əsas şərtidir”.

Səlim

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 İyul 2025 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri