Prospektdə “Hyundai” “Mercedes”ə çırpıldı Təlimçi səbəbi açıqladı VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyası istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-a görüntüləri sürücülük təlimçisi Arzu Babazadə “WhatsApp” xətti vasitəsilə göndərib.
Məlumata görə, qəza iyulun 21-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Hyundai” markalı avtomobil “Mercedes” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Şahidlərin sözlərinə görə, hadisəyə səbəb sürücülərdən birinin zolaq üzrə düzgün yerləşməmə qaydasını pozması olub.
Nəticədə hər iki avtomobilə maddi ziyan dəyib, xəsarət alan olmayıb.
Qeyd edək ki, qəzaya düşən nəqliyyat vasitələri evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Sürücülük təlimçisi Arzu Babazadənin sözlərinə görə, qəzanın baş verdiyi ərazidə oxşar hadisələrə tez-tez rast gəlinir. O bildirib ki, buna səbəb ikinci zolaqda yalnız düz istiqamətdə hərəkətə icazə verən nişanlanma oxunun olmasına baxmayaraq, bəzi sürücülərin həmin zolaqdan sağa dönmələridir. Nəticədə onlar ən sağ zolaqda qanuni şəkildə hərəkət edən avtomobillərlə toqquşurlar. Çünki ən sağ zolaqdan həm düz istiqamətdə, həm də sağa dönməyə icazə verilir.
Təlimçi hesab edir ki, bu cür qayda pozuntularının və qəzaların qarşısını almaq məqsədilə həmin ərazidə yol hərəkətinə nəzarət edən kamera quraşdırılmalıdır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 21 İyul 2026 12:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















