Prospektdə təhlükəli manevr edən sürücü motosikletçiyə qəza şəraiti yaratdı VİDEO
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Paytaxtın Azadlıq prospektində qayda pozan sürücü kameraya düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə oktyabrın 29-da saat 08:33 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 77-TV-709 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, hərəkət istiqamətini dəyişmək istəyən sürücü təhlükəsizlik adacığının üzərinə çıxaraq sağa keçib. Bu zaman o, hərəkətdə olan motosikletə qəza şəraiti yaradıb. Xoşbəxtlikdən qəza baş verməyib.
Qeyd edək ki, təhlükəsizlik adacıqları hərəkət zolaqlarını ayırmaq və qəza riskini azaltmaq məqsədi daşıyır. Belə sahələrə daxil olmaq həm inzibati qayda pozuntusu sayılır, həm də digər iştirakçıların həyatını təhlükəyə atır.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 13 Noyabr 2025 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















