Icma.az
close
up
RU
Psixiatriya Mərkəzində xəstələrə işgəncə verilir ŞİKAYƏT

Psixiatriya Mərkəzində xəstələrə işgəncə verilir ŞİKAYƏT

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı şəhəri PirAllahı rayonu, Suleyman  Bağırov küçəsi mənzil 5 ünvanında yaşayan  Qasimi Əsmər Ağaqulu qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, Maştağa Psixiatriya xəstəxanasında yatan xəstələrə işgəncə verilir. 

“Mən, Qasimi Əsmər Ağaqulu qızı yazaraq bildirirəm ki, anam Zeynalova Tamara İsaq qızı illərdir  Bipolyar pozuntu xəstəliyindən əzikyyət çəkir. Xəstəliyinin adını demək olar ki, təzə öyrənmişik. Bir çox psixiatrlarda olmuşuq. Son zamanlar iynə-dərmanında köməyi olmurdu. Axırda həkimlər dedi ki, iynə-dərmanda kömək etmirsə aparın Maştağa Psixiatriya xəstəxanasına qoyun. Orda nisbətən düzəlmək şansı olacaq. Elə vaxt olur 1 ay tutmur amma tutanda isə aylar çəkir. Nə gecə yatır nə gündüz. Evdəki insanları görməyə gözü yoxdur. Hər kəsə qarşı aqresivdir. Bir söz deyən kimi 102 qaynar xəttini yığıb kömək istəyir. Evdə saxlaya bilmirik. İmkan tapan kimi qaçır gedir. Evdə hər kəslə məsləhətləşib aparıb yerləşdirdik Maştağa Psixiatriya xəstəxanasına. Şöbə müdürü qəbul etmirdi. 500 manat pul verəndən sonra saxlayarıq dedi. Xəstənaya xəstəni 700 manat verdikdə götürürlər. Əks halda qəti götürmürlər. Əlimizdə olan 500 manatı verib saxlatdıq orda. 200 manatı isə sonradan Türkiyədə yaşayan bacım həkimin kartına göndərdi. Verdiyimiz pullarla bağlı əlimizdə sübutlarımız var. 
Qəbul edən həkim bildirdiki, 21 gün müalicə edəcəyik sağladıb sizə təhvil verəcəyik. Həftədə bir dəfə anamın yanına gedirdim. Amma heç dəyişiklik hiss etmirdim. Həkim dedi ki, gələn həftə gəlin ananızı çıxrdın. Gəlməsəz taksi ilə göndərəcəm. Anamı çıxarmağa gedəndə saçının əyri formada kəsildiyini gördüm.  Başına kraska qoyulub. Dondum qaldım. Anamı çıxartdım. Öz evinə getmək istəmədi. Türkiyədəki bacımın yanına göndərdik. Orda bacıma deyib ki, xəstəxanada olan Siyavuş adlı xəstə onu hər gün döyürmüş. Başının dibi bitin içində idi. O zaman başa düşdük ki, kraskanı niyə qoyublar. Gecə smeninə qalan həkimlər xəstələrə çox kobud davranırlarmış. Ananmı necə döyüblərsə gözünün biri görmür. Ora anamı qoymağımıza çox peşman olmuşuq. Anam qızlarıma deyəcəm deyəndə isə deyiblər ki, kimə istəyirsən de heçkəs sənə inanmaz. Qızların sən dəlisən deyə bura qoyublar səni.
Anam deyir ki, bütün xəstələrə çirkli su verirlər. Bir çoxu başa düşmür içir. Tez-tez yoxlamalar gəlir. Həmin vaxtı həkimlər bilirlər. Xəstələri yığıb tapşırırlar. Başlarına adam qoyurlar. Əgər kimsə nəsə desə bilir ki, axşam döyüləcək. Bu səbəbdən də susurlar. Səlahiyyətli qurumlara müraciət edəcəyik. 
Xahiş edirəm bu problemi paylaşın ordakı xəstələrin yaxınları bilsin. Biz əlacsız qalıb ac qurdlara canımızı əmanət edirik. Onlar isə bu dünyada xəstəyə cəhənnəmi yaşadırlar. 
P.S. Redaksiyamıza bu mövzuda daxil olan artıq 4-cü şikayətdir. Xanımın dediklərinin həqiqət olub-olmaması bizə qaranlıqdı. 
 Yadınızdadırsa “Var-dövlətini ələ keçirmək üçün bacı-qardaşı tərəfindən dispanserə yerləşdirildi” sərlöhləli yazı dərc etmişdik. Yazıda adı çəkilənCamalın atası Gəncə şəhərində “Motel” restoranının sahibi olub. Onu xəstəxanaya öz doğma bacı-qardaşı yerləşdirmişdi. Səbəb isə şikayətçinin dediyinə görə mal-mülk məsələsi olub. Redaksiyamıza şikayətə gələn şəxsdə bildirmidir ki, Camalı orda pul gücünə saxlayırlar. Əməkdaşımız xəstəna ilə əlaqə saxlayandan sonra isə 1 həftənin içərisində Camalı yaxınları xəstəxnadan çıxartdılar. Adam 4 il idiki xəstəxanada yatırdılırdı. Əgər Camal həqiqi xəstə idisə necə oldu yazı saytda dərc olunandan sonra xəstəxanadan buraxıldı? Bu sualın cavabı bizə hələ də qaranlıqdı. Hazırda isə harada, necə saxlanıldığı bilinmir. İş prokurorluqda araşdırılır. Camal bəyin vəfatından sonra prokurorluq öz rəyini yəqin ki, verəcək. 

Redaksiyadan:Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq. 
Jalə FAMİLQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 Oktyabr 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri