Icma.az
close
up
RU
Psixiatriya mütəxəssisi açıqladı: Yaxşılar həmişə qalibdirmi?

Psixiatriya mütəxəssisi açıqladı: Yaxşılar həmişə qalibdirmi?

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Dürüst, doğru və ədalətli davranmaq — bir sözlə, əxlaqlı və "yaxşı" davranış sərgiləmək — bir çox insanın axtardığı, dəyər verdiyi xüsusiyyətlər sırasındadır. Fərqli millətlərdə, cəmiyyətlərdə, insan qruplarında və hətta bütün insanlıq tarixində bu dəyərlər miflərdən və əfsanələrdən tutmuş romanlara, hekayələrə və kino filmlərinə qədər bir çox hekayənin əsas mövzusunu təşkil edir.

Əksər filmlərdə sonda yaxşılar qalib gəlir. Pis adamın qazandığı sonluqlar bizə narahatlıq verir, içimizə sinmir. Atalar sözləri belə daim doğrunun tərəfindədir: “Yalancının şamı namaza qədər yanar”, “Dürüstlük ən yaxşı siyasətdir” kimi. 


Bəs, həqiqətən yaxşılar həmişə qalib gəlirmi? Sherg.az xəbəbər verir ki, bu haqda psixiatriya üzrə  türk mütəxəssis Prof. Dr. Hakan Türkçapar yazıb.


"Yaxşı" olmağı seçmək insanın təbiətindədirmi?

Doğruluq, ədalət və haqqa yönəlmək kimi anlayışlara verdiyimiz dəyər haradan gəlir? Bunlar bizə öyrədilən dəyərlərdir, yoxsa doğuşdan içimizdə olan xüsusiyyətlərdir?

Bu sual — “Əxlaqlı davranış insan təbiətinin bir hissəsidirmi?” — əsrlərdir fəlsəfə və psixologiyanın əsas müzakirə mövzularındandır. Son illərdə psixologiya bu qədim suala daha aydın cavablar verməyə başlayıb.


Körpələrlə aparılan təcrübələr

Yale Universitetində Paul Bloom və komandası (Karen Wynn, J. Kiley Hamlin) tərəfindən 6 aylıq körpələrin əxlaqi mühakimə qabiliyyətinin olub-olmadığını öyrənmək məqsədilə aparılan bir araşdırma göstərdi ki, körpələrdə belə ilkin mərhələdə əxlaqi intuisiya mövcuddur.


Bu təcrübədə körpələrə iki obraz təqdim olunurdu: biri yardımsevər (başqa obrazın yuxarı çıxmasına kömək edən), digəri isə zərərverici (onu geri itələyərək mane olan). Təcrübənin sonunda körpələrin əksəriyyəti yardımsevər obrazı seçirdi.


Körpələrdə ədalət duyğusu və cəza seçimləri

Bloomun digər bir maraqlı təcrübəsi isə körpələrin yalnız yaxşı ilə pisi ayırmaqla kifayətlənməyib, həm də cəzalandırmanı dəstəkləyib-dəstəkləmədiklərini öyrənmək olub.

Bu təcrübədə əvvəllər pis davranışlar sərgiləyən kuklaların yanına üçüncü — “hakim” kukla daxil olur. 8-10 aylıq körpələrin əksəriyyəti, pis kuklanı cəzalandıran bu "hakim" kuklanı seçmişdir. Bu isə, erkən yaşlardan etibarən körpələrdə bir növ ədalət hissinin olduğunu göstərir.


Əxlaqın təməli doğuşdanmı gəlir?

Paul Bloomun araşdırmaları göstərir ki, əxlaqi davranışların təməli insan təbiətində mövcud ola bilər. Empatiya, ədalət və yardımsevərlik kimi meyllər artıq körpəlik dövründə müşahidə olunur. Bu da əxlaqın yalnız mədəni deyil, həm də bioloji əsaslara söykəndiyini göstərir.

Lakin bu meyllərin inkişaf etməsi və cəmiyyətə uyğun formalaşması isə öyrənmə və sosial mühitin təsiri ilə olur.


Nəticə: Əxlaq həm doğuşdan gəlir, həm də öyrədilir

Yəni əxlaqlı davranış həm təbii bir potensialdır, həm də ətraf mühitin məhsuludur. Yalnız biri deyil, hər ikisi birlikdədir. Bu halda insanlar ya təbii ədalət duyğusu ilə birgə yaşaya biləcəklər, ya da ədalətin olmadığı bir mühitdə bir-birinə zərər verərək birgə uduzacaqlar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Aprel 2025 20:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri