Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Boğaz ağrısına səbəb olan xəstəliklər: Nəyin əlamətidir?

Boğaz ağrısına səbəb olan xəstəliklər: Nəyin əlamətidir?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Fəsil dəyişikliyi ilə birlikdə artan qrip və soyuqdəymə halları ilə müşahidə olunan boğaz ağrısı, əgər tez-tez təkrarlanırsa, ciddi bir xəstəliyin xəbərçisi ola bilər.

Qaynarinfo xəbər verir ki, həkimlər bu simptoma laqeyd yanaşmağı düzgün hesab etmir. Çünki davamlı boğaz ağrısı bir sıra infeksion və sistemik xəstəliklərin əlaməti ola bilər.

Türkiyəli qulaq, burun-boğaz xəstəlikləri üzrə mütəxəssis dosent Mustafa Tanrıverdi deyib ki, Strep A, qrip (influenza) və soyuqdəymə (nezle) kimi infeksiyalar uzunmüddətli və şiddətli boğaz ağrılarının əsas səbəblərindəndir.

Tanrıverdi qeyd edib ki, Strep A badamcıqların (tonsillərin) kəskin infeksiyasıdır. Əksər hallarda virus mənşəli olsa da, halların 5-10 faizi bakteriyalarla əlaqəlidir. Bu bakteriyalar arasında ən çox rast gəlinəni "S. pyogenes”dir və cəmiyyətdə bu infeksiya "Strep A xəstəliyi” kimi tanınır.

Bu infeksiyanın daha çox inkişaf etməkdə olan ölkələrdə görüldüyünü bildirən mütəxəssis deyib ki, maska istifadəsi və gigiyena qaydalarına əməl olunmaması səbəbindən yoluxma riski artır. Xəstəlik yaxın təmas və tənəffüs yolları ilə ötürülür. Strep A bədənə girdikdən 2-4 gün sonra simptomlar başlayır: qəfil yüksələn hərarət, güclü boğaz ağrısı, baş və əzələ ağrıları, bulantı və boyunda ağrılı limfa düyünləri.

Müalicə gecikərsə və ya düzgün aparılmazsa, bu infeksiya kəskin revmatik qızdırma və böyrəklərin iltihabı (akut qlomerulonefrit) kimi ağır fəsadlara yol aça bilər. Tanıda xəstənin klinik əlamətləri, boğaz müayinəsi, limfa düyünlərinin böyüməsi və sürətli antigen testi əsas rol oynayır. Müalicədə ilk seçim penisilindir – bir dəfə əzələdaxili tətbiq olunan benzatin penisilin G preparatı istifadə olunur. Əlavə olaraq ağrı və hərarətə qarşı simptomatik müalicə də verilir.

Tanrıverdi bildirib ki, payız aylarında təkrarlanan boğaz ağrısının ən çox rast gəlinən səbəblərindən biri qripdir. Bu xəstələrdə boğaz ağrısı ilə yanaşı yüksək hərarət, baş ağrısı, öskürək, əzələ və oynaq ağrıları müşahidə olunur. Xüsusilə immun sistemi zəif şəxslərdə – bir yaşdan kiçik körpələrdə, 65 yaşdan yuxarı şəxslərdə, hamilələrdə, şəkər və təzyiq xəstələrində ağır fəsadlar və ölüm riski yarada bilər.

Qripin inkubasiya müddəti adətən 1–3 gündür. Simptomlar başladıqdan sonra xəstədə güclü boğaz ağrısı, quru öskürək, halsızlıq və iştahasızlıq yaranır. Uşaqlarda bu əlamətlərə yuxululuq və narahatlıq da əlavə olunur. Bəzi hallarda boğaz ağrısı və yorğunluq iki həftəyə qədər davam edə bilər.

Müalicədə ilk 3 gün ərzində antiviral dərman ("Oseltamivir”) istifadəsi simptomları yüngülləşdirir. Ağrı, hərarət və öskürəyə qarşı ağrıkəsicilər və antihistaminiklər təyin edilir. Xəstəlik virus mənşəli olduğuna görə antibiotik istifadəsi məsləhət görülmür. Qorunma tədbirləri olaraq qapalı məkanların havalandırılması, maska taxılması və əllərin tez-tez yuyulması vacibdir.

Tanrıverdi soyuqdəyməni belə izah edib: "Burun axıntısı, asqırma, boğaz ağrısı və yüngül baş ağrısı ilə müşahidə olunan virus mənşəli infeksiyadır. Əlavə olaraq öskürək, halsızlıq, iştahsızlıq və nadir hallarda hərarət də ola bilər".

Bu xəstəliyə təxminən 200 müxtəlif virus səbəb ola bilər, ən çox rast gəlinənlər isə rinoviruslardır.

Soyuqdəymə payız və qış aylarında geniş yayılır. Yetkinlər ildə 2–3, uşaqlar isə 6–12 dəfə bu infeksiyaya yoluxa bilər. Yoluxma əsasən damcı və ya çirklənmiş səthlər vasitəsilə baş verir. Müalicə simptomatikdir: ağrıkəsicilər, hərarətsalıcılar və antihistaminiklər istifadə olunur, antibiotiklər isə təsirsizdir. Ən yaxşı dəstək müalicəsi – bol maye qəbulu və istirahətdir. Əllərin yuyulması, antiseptik istifadəsi, maska və əlcək taxmaq virusun yayılmasının qarşısını alır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri