Icma.az
close
up
RU
Psixoloq: Cəmiyyətin susduğu hər an, bir uşaq daha susur

Psixoloq: Cəmiyyətin susduğu hər an, bir uşaq daha susur

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

 Ana olmaq bioloji deyil, ruhi məsuliyyətdir


Yardımlı rayonunda orta məktəb şagirdi olan qıza qarşı cinsi zorakılıq törədilib.

Publika.az xəbər verir ki, bunu “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib.

O bildirib ki, hadisəyə görə 4 nəfər həbs olunub:

“Yardımlı rayonunda 8-ci sinif şagirdinə qarşı cinsi zorakılıq və fahişəliyə cəlb edilmə ilə bağlı Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən 4 nəfər həbs edilib. Onlar arasında qızın anası da var. Azyaşlının anasına Cinayət Məcəlləsinin 171-ci maddəsi ilə cinayət işi açılıb. Digər şübhəli şəxslərlə bağlı da istintaq işi aparılır”.

K.Ağazadənin sözlərinə görə, azyaşlı qız sığınacağa yerləşdiriləcək, reabilitasiyaya cəlb ediləcək.

Təşkilat sədri hadisənin üsütünün açılmasına görə polisə təşəkkür edib:

“Mən illərdir ki, polis əməkdaşları tərəfindən uşaqların hansı ağır situasiyalardan çıxarıldığının, onlara qarşı cinayət əməlləri törətmiş şəxslərin ən ağır maddələrlə cəzalandırılmasının, heç bir güzəştə gedilməməsinin şahidiyəm. Polisimlə necə fəxr etməyim? Güvən olduqca önəmlidir. Güvənəcəyimiz isə polisdir”.



Məsələ ilə bağlı “Sherg.az”a danışan psixoloq-konsultant Zeynəb Əyyubova bildirib ki, Yardımlıda 8-ci sinif şagirdi bir qız uşağının həm zorakılığa məruz qalması, həm də fahişəliyə cəlb olunması xəbəri hər birimizin qəlbini sarsıtdı:


“Xüsusilə də bu hadisədə onun doğma anasının da iştirak etməsi insanın beyninə sığmayan bir mənzərədir. İnsan təəccüblənir: bir ana öz övladına qarşı necə bu qədər amansız ola bilər? Bəzən insanlar bu cür halları yalnız maddi çətinliklərlə, ya da cəmiyyətin təzyiqi ilə izah etməyə çalışırlar. Amma ana-övlad münasibəti, sadəcə maddiyyatla izah edilə biləcək qədər sadə deyil. Burada çox dərin psixoloji, bəlkə də nəsillər boyu daşınmış travmalar, mənəvi deqradasiya və insanlıqdan uzaqlaşma var. İnsan doğulduğunda şəfqətə, mərhəmətə, sevgiyə ehtiyacla böyüyür. Əgər bir qadın bu ehtiyacları zamanında almayıbsa, özü də illərlə istismara məruz qalıbsa,  dəyər və vicdan hissi onda heç formalaşmayıbsa – zamanla o qadın valideyinə çevrilsə belə, ana funksiyasını yerinə yetirə bilmir. Ana olmaq bioloji deyil, ruhi məsuliyyətdir. Övladı qorumaq, müdafiə etmək, yön vermək ananın ilk instinktidir. Bu instinktin susduğu bir qadında artıq insanlıqdan danışmaq çox çətindir”.


Psixoloqun sözlərinə görə bu hadisə bir daha göstərdi ki, cəmiyyət olaraq biz təkcə hüquqi deyil, psixoloji baxımdan da ciddi tədbirlər görməliyik:

“Uşaqların təhlükəsizliyi yalnız evdə yox, məktəbdə, qonşuluqda, cəmiyyətin hər qatında təmin edilməlidir. Hər birimiz uşaqla qarşılaşdıqda onun baxışlarını, davranışlarını müşahidə etməyi öyrənməliyik. Çünki zorakılıq görən uşaqların dili çox vaxt bədəni olur. Onlar danışmır, amma bizə çox şey “deyirlər”. Cəmiyyətin susduğu hər an, bir uşaq daha susur. Hər biganəlik bir faciəyə zəmin yaradır. Biz, psixoloqlar olaraq, belə hadisələrə yalnız kədərlənməklə deyil, maarifləndirməklə, valideynləri, müəllimləri, cəmiyyəti xəbərdar etməklə müdaxilə edə bilərik. Anaların ana ola bilməsi üçün onların da psixoloji dəstəyə, maarifə və şəfqətə ehtiyacı var. Bu hadisə təkcə bir ailənin yox, bütün cəmiyyətin problemidir. Çünki travmalı bir uşaq sabah ya travmalı valideynə, ya da travma yayan bir şəxsə çevrilir. Uşaqları qorumaq – gələcəyi qorumaq deməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri