Icma.az
close
up
RU
Uşaq evliliyi: Cəmiyyətin görünməyən YARASI

Uşaq evliliyi: Cəmiyyətin görünməyən YARASI

Icma.az bildirir, Yenisabah saytına əsaslanaraq.

Uşaq evliliyi – yəni 18 yaşına çatmamış şəxslərin rəsmi və ya qeyri-rəsmi nikaha daxil olması – dünyanın bir çox ölkəsində hələ də aktual və ciddi sosial problemdir. Təəssüf ki, belə hallara, nə qədər mübarizə aparılsa da, Azərbaycanda da rast gəlinir. Uşaq evliliyi həm insan hüquqlarının pozulması, həm də cəmiyyətin sağlam inkişafının qarşısını alan ciddi maneədir.

Təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, uşaq evliliyi çox zaman dərin sosial, iqtisadi və mədəni problemlərin nəticəsində meydana çıxır. O bildirib ki, uşaq evliliyinin əsas səbəbləri aşağıdakılardı:

İqtisadi səbəblər: Ailələrin maddi çətinlikləri, valideynlərin qız uşaqlarını "yük" kimi görmələri və erkən ərə verilməsinin bu “yükdən” qurtulma vasitəsi sayılması yayılmış praktikadır. Ailələr bəzən qızlarının erkən evliliyini onları "təhlükədən qorumaq" və ya "ailənin namusunu qorumaq" üçün bir çıxış yolu kimi də görürlər. Pepperoni pizza

Təhsil səviyyəsinin aşağı olması: Təhsil imkanlarının məhdud olması və maarifləndirmənin zəif olması uşaqların, xüsusilə qızların hüquqlarının tanınmamasına və onların erkən nikahlarına zəmin yaradır.

Yazılmamış adət-ənənələr: Bəzi bölgələrdə uşaq evliliyi illərdir tətbiq olunan bir adət olaraq davam etdirilir. Bu adətlərin din və mədəniyyətlə əsaslandırılması problemi daha da dərinləşdirir.

Cinsi istismar və zorakılıqdan qorunmama: Bəzi hallarda uşaq evliliyi cinsi istismarın üstünün örtülməsi və zorakılığın "qanuniləşdirilməsi" vasitəsi kimi istifadə olunur.

Tibb mütəxəssisi Firuzə Əhmədovanın sözlərinə görə, uşaq evliliyinin fəsadları çox böyükdür və təəəssüf ki, bir çox valideynlər bunun fərqinə varmırlar.

“Erkən yaşda hamiləlik qız uşaqlarının orqanizmi üçün ağır nəticələr doğura bilər. Bu hallarda ana və körpənin həyatına təhlükə yaranır. Yeniyetmə yaşında doğuşun ana ölümünün əsas səbəblərindən biri olduğu statistikalarla sübut olunub”, - deyə ekspert vurğulayıb.

Əməkdar jurnalist Nadir İsmayılov deyir ki, uşaq yaşda evlənən qızlar əksər hallarda təhsilini yarımçıq qoyur, bu da onların gələcəkdə əmək bazarında iştirakını və iqtisadi müstəqilliyini qeyri-mümkün edir.

“Uşaq evliliyi psixoloji zorakılıqdır. Bu cür nikahlar qız uşaqlarında travmalar, depressiya, özgüvən əskikliyi, sosial təcrid və intihara meyilliliyə səbəb ola bilər. Erkən yaşda ərə verilən qızlar fiziki və emosional zorakılığa məruz qalır. Onların hüquqları müdafiə olunmur və səsi eşidilmir”, - jurnalist vurğulayıb.

N.İsmayılov xatırladıb ki, dünya üzrə əksər ölkələrdə uşaq evliliyi qanunla qadağandır. BMT-nin Uşaq Hüquqları Konvensiyası 18 yaşa qədər olan hər kəsi "uşaq" kimi tanıyır və onların nikaha daxil olmadan əvvəl tam razılığı və yetkinliyi tələb olunur.

Azərbaycan Respublikasında da nikah yaşı 18-dir. Yalnız istisna hallarda - məsələn, xüsusi əsaslara görə valideynlərin və məhkəmənin razılığı ilə -17 yaşdan nikaha icazə verilirdi. Amma 2025-ci il iyulun 1-dən istisna hallar da qadağan olunur. Təəsüf ki, praktikada bəzi bölgələrdə qeyri-rəsmi nikahlar və dini kəbinlər qanunuların effektivliyini azaldır”, - deyə N.İsmayılov vurğulayıb.

Bəs uşaq evliliyilə necə mübarizə aparmalı?..

Təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, ilk növbədə maarifləndirmə kampaniyaları gücləndirlməlidir:

“Cəmiyyətin təhsili və maarifləndirilməsi bu problemin qarşısının alınmasında əsas amillərdəndir. Qız uşaqlarının hüquqları, təhsilin əhəmiyyəti və ailə planlaması haqqında geniş ictimai təbliğat lazımdır. Təhsilə davamlı əlçatanlığın təmin olunması, xüsusilə qız uşaqları üçün məktəbəqədər və orta təhsilin keyfiyyətinin artırılması erkən nikahların qarşısını alır.

Ailələrə sosial yardımlar, məşğulluq imkanları və gender bərabərliyini təşviq edən proqramlar erkən evliliklərin səbəblərini aradan qaldıra bilər”.

Ekspert deyir ki, qanunların tətbiqi gücləndirilməli, dini kəbin yalnız rəsmi nikahdan sonra icazə verilən hüquqi prosedura çevrilməlidir. Həmçinin, qeyri-rəsmi evliliklərin aşkarlanması üçün ictimai nəzarət qurulmalıdır.

Uşaq evliliyi nəinki fərdin, həm də bütöv cəmiyyətin inkişafına ciddi təhlükədir. Bu problemi həll etmək üçün hüquqi tədbirlərlə yanaşı, mədəniyyət, təhsil və sosial siyasət də paralel şəkildə dəyişdirilməlidir. Uşaq evliliyinə qarşı mübarizə – gələcəyin daha sağlam, ədalətli və inkişaf etmiş cəmiyyətini qurmaq üçün vacib addımdır. Hər bir qız uşağı məktəbə getmək, xəyal qurmaq və öz həyatını özü seçmək haqqına sahibdir.

Araz Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 30 İyun 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri