Icma.az
close
up
RU
Yuxu pozuntusu və onun insan psixikasına təsiri Psixoloq danışdı

Yuxu pozuntusu və onun insan psixikasına təsiri Psixoloq danışdı

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Hər il dünyada Beynəlxalq Yuxu Günü (World Sleep Day) qeyd edilir. Yuxu günü ilk dəfə 2008-ci ildə qeyd olunub və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yuxu və sağlamlıq problemləri layihəsi çərçivəsində qeyd olunur. Orqanlarımızın normal çalışması, sinir sistemimizin normada olması və həmçinin də psixoloji cəhətdən sağlam olmaq üçün vacib amillərdən biri də yuxu rejimimizin qaydasında olmasıdır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib. Psixoloqun sözlərinə görə, günümüzdə ən aktual problemlərdən biri də yuxu pozuntusudur: “Son dövrlərdə yuxu pozuntusundan əziyyət çəkən insanların sayı getdikcə artmaqdadır. Hesab edilir ki, normal yuxu vaxtı 7-9 saat arası olmalıdır. Hər kəs bir neçə gecə yuxusuzluqdan əziyyət çəkə bilər, ancaq bu vəziyyət həftələr və ya aylarla davam edərsə, yuxusuzluq və ya xroniki yuxusuzluq kimi qeyd edilə bilər. Təbii ki, normal yuxu vaxtının olmaması insanların həyatına təsir edir, həyat keyfiyyətini aşağı salır. Yuxusuzluq hər yaşda baş verə bilər, lakin qadınlarda və yaşlılarda daha çox rast gəlinir. Gərgin iş rejimi, xroniki stres, depressiya, texnoloji vasitələrdən hədsiz istifadə və s. kimi hallar yuxusuzluq problemi yarada bilər. Yatmadan öncə ağır qidalar, qazlı içkilər qəbul etmək də yuxusuzluq yarada bilir. Bu problem birbaşa olaraq insan psixologiyasına da mənfi təsir edir. Zaman keçdikcə psixoloji pozuntu halına da keçə bilir. Artıq bu hallar həyat fəaliyyətimizə, ailəmiz və ətrafımız ilə münasibətimizə təsir edirsə, mütləq professional dəstək almaq lazımdır”. Yuxu problemindən xilas olmağın yolları barədə danışan psixoloq daha sonra bunları əlavə edib: “Yuxu problemi olan insanlarda aqressiya, əsəbilik, stres, gərginlik daha çox görülən hallar sırasındadır. Bu problemin aradan qaldırılması üçün zamanında psixoloq dəstəyi və dərman müalicəsi lazımdır”.

Afət Tahirqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 İyul 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri