Icma.az
close
up
RU
Psixoloqdan XƏBƏRDARLIQ: Tiktok yeniyetmələrdə riskli davranışlara səbəb olur

Psixoloqdan XƏBƏRDARLIQ: Tiktok yeniyetmələrdə riskli davranışlara səbəb olur

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

""TikTok"-un açıq platforma olması yeniyetmələri müxtəlif davranış modelləri ilə üz-üzə qoyur. Onlar videolara baxdıqca, həm normal, həm də cəmiyyətə uyğun olmayan davranışları görür və bunlardan təsirlənirlər"
Bunu Demokrat.az-a açıqlamasında uşaq psixoloqu Sibel Piriyeva deyib.
O, bildirib ki, əgər yeniyetmənin ailədə müəyyən dəyərləri formalaşıbsa, tərbiyə, sosial davranış qaydaları, sərhədlərə hörmət və s. bu, onun düzgün seçim etməsində mühüm rol oynayır:
"Valideyn uşağa həm şəxsi sərhədləri, həm də cəmiyyətin sərhədlərini tanıtmalıdır. Məsələn, harada oynamağın, kimə necə cavab verməyin, hansı davranışın uyğun olub-olmamağının izah edilməsi uşağın gələcəkdə yanlış davranışlardan uzaq qalmasına kömək edir".
Mütəxəssis qeyd edir ki, uşağın dəyərləri erkən yaşlarda formalaşsa, gələcəkdə uyğun olmayan davranışlar ona “tanış” gəlmədiyi üçün seçməyəcək:
"Məsələn, bir uşağa yalnız kök verilirsə, qarşısına kök və şokolad qoyulduqda kökü seçəcək. Çünki o, tanıdığına yönəlir. Valideynlər üçün heç vaxt gec deyil, yeniyetməlik dövründə də dəyərlərin formalaşdırılmasına təsir etmək mümkündür. Sadəcə bir fərq var ki, uşaq dövründə uşaq valideyni dinləyir, yeniyetməlikdə isə valideyn yeniyetməni dinləməlidir".
Onun sözlərinə görə, yeniyetmələrin tez-tez yanlış addımlar atmasının əsas səbəblərindən biri onların beyninin fizioloji xüsusiyyətləridir:
"Bu dövrdə amikdala, yəni emosiyaların idarə olunduğu hissə daha aktiv olur. Prefrontal korteks isə, məntiqi düşünmə və qərarvermə mərkəzi gec yetişir və tam formalaşması 25 yaşa qədər davam edir. Bu səbəbdən yeniyetmələr əvvəl hərəkət edir, sonra düşünürlər. Onlara “niyə belə etdin?” deyə soruşduqda, cavabı hərəkətdən sonra axtarmağa başlayırlar".
Psixoloq bildirib ki, bir sözlə, emosiyalar məntiqdən öndə getdiyi üçün uşaqlar riskli davranışlara daha çox meyillidirlər və sosial şəbəkələr bu meyili daha da artırır.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Noyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri