Icma.az
close
up
RU
ABŞ İrana hücum edərsə Körfəz ölkələri hansı mövqedə dayanacaq TƏHLİL

ABŞ İrana hücum edərsə Körfəz ölkələri hansı mövqedə dayanacaq TƏHLİL

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Yaxın Şərqdə gərginlik yenidən artır: Körfəz ölkələri müharibədən kənarda qalmağa çalışır

Yaxın Şərqdə gərginlik yenidən yüksəlirkən, Körfəz paytaxtları keçmişdə dəfələrlə üzləşdikləri bir riskin kölgəsində mövqe müəyyənləşdirməyə çalışır. Vaşinqtonla Tehran arasında yenidən eşidilən müharibə təbilləri, əslində region üçün tanış olan təhlükəni xatırladır. Körfəz ölkələri əvvəlki müharibələrdən yaxşı bilirlər ki, münaqişələr yalnız cəbhələrdə aparılmır; neft obyektlərindən limanlara, hava məkanından enerji qiymətlərinə qədər geniş bir sahəyə yayılır.

1991-ci ildə baş vermiş Birinci Körfəz Müharibəsi ABŞ-ın hərbi varlığını Körfəzə daimi şəkildə yerləşdirdiyi dönüş nöqtəsi oldu. Küveytin işğalından sonra başlayan prosesdə Körfəz ölkələri təhlükəsizliklərini Vaşinqtonun hərbi gücü ilə təmin etməyə üstünlük verdi. 2003-cü ildə İraqın işğalı isə bu asılılığı daha da dərinləşdirdi. ABŞ hərbi bazaları açıldı, hava məkanları istifadəyə verildi, Amerikanın regional planları Körfəz ölkələrinin fəal dəstəyi ilə həyata keçirildi.

Lakin illər keçdikcə bu əməkdaşlığın Körfəz üçün ağır nəticələr doğurduğu da üzə çıxdı. İraqda qeyri-sabitlik daimi xarakter aldı, regional balans pozuldu, Körfəz ölkələri uzun müddət təhlükəsizlik təhdidləri ilə üz-üzə qaldı. Bu gün ABŞ ilə İran arasında mümkün müharibə müzakirə olunarkən, Körfəz ölkələrinin refleksi məhz bu tarixi təcrübənin təsiri ilə formalaşır. Paytaxtlarda hakim olan yanaşma aydındır: müharibədən kənarda qalmaq, riskləri idarə etmək və regional dağıntının bir hissəsinə çevrilməmək.

Münaqişə böyüyəndə ilk ağır zərbə Körfəzə dəyir...

Körfəz ölkələri üçün müharibə yalnız hərbi məsələ kimi qiymətləndirilmir. Hörmüz boğazından keçən enerji nəqliyyatı, neft və təbii qaz obyektlərinin təhlükəsizliyi, liman sığortaları və beynəlxalq investisiyalar mümkün qarşıdurmanın ilk təsirlənəcək sahələri sırasındadır. Birinci və İkinci Körfəz müharibələri bu həssaslığın nə qədər sürətlə böhrana çevrilə bildiyini açıq şəkildə göstərmişdi.

Bu gün Ər-Riyad, Əbu-Dabi və Dohada aparılan hesablamalar da həmin təcrübəyə əsaslanır. Regional müharibə neft qiymətlərini qısa müddətdə artıra bilər. Lakin uzunmüddətli perspektivdə investisiya mühitinin pozulması, layihələrin dayanması və təhlükəsizlik risklərinin artması Körfəz iqtisadiyyatları üçün ciddi xərc deməkdir. Məhz buna görə Körfəz ölkələri hərbi gərginliyin artmasını öz milli maraqlarına zidd hesab edir.

Son həftələr ərəb mediasında yayımlanan təhlillər də bu mövqeyi gücləndirir. Analizlərdə ABŞ-ın İrana qarşı mümkün hücumunun “nəzarətli” qalmasının çətin olduğu, cavab zərbələrinin Körfəzi birbaşa hədəfə çevirə biləcəyi vurğulanır. Bu risk qavrayışı Körfəz paytaxtlarını daha ehtiyatlı mövqeyə sövq edir.

Körfəzin qırmızı xətti: Bazalar var, cəbhə yox...

Körfəz ölkələri bu gün də ABŞ ilə hərbi əməkdaşlığı davam etdirir. Regionda Amerika hərbi bazaları fəaliyyət göstərir, müdafiə sazişləri qüvvədədir, birgə təlimlər keçirilir. Lakin bu hərbi infrastrukturun İrana qarşı birbaşa hücumlar üçün istifadəsinə açıq şəkildə istəksizlik müşahidə olunur.

Son dövrdə verilən açıqlamalar bu mövqeyi aydın şəkildə ortaya qoyur. Birləşmiş Ərəb Əmirlikləri hava məkanının və ərazisinin İrana qarşı hücumlarda istifadə edilməsinə icazə verməyəcəyini bəyan edib. Səudiyyə Ərəbistanı da oxşar xətti izləyir. Riyad rəhbərliyi regional müharibənin Körfəzdə sabitliyi pozacağını və iqtisadi transformasiya hədəflərini təhlükə altına alacağını düşünür.

Qətər isə ABŞ-ın regiondakı ən böyük hərbi varlıqlarından birinə ev sahibliyi etməsinə baxmayaraq, diplomatik kanalların açıq saxlanmasının vacibliyini vurğulayır. Doha gərginliyin artmasının qarşısını almağa yönəlmiş balanslı siyasət yürüdür. Bu yanaşma Körfəz ölkələri arasında formalaşan ümumi xətti göstərir: ABŞ-la təhlükəsizlik münasibətləri davam edəcək, lakin İranla birbaşa qarşıdurmanın tərəfi olunmayacaq.

Körfəz - müharibənin tərəfi deyil, risklərin idarəedicisi kimi...

Bu gün Körfəz paytaxtlarında formalaşan mənzərə keçmişlə müqayisədə nəzərəçarpacaq dərəcədə fərqlidir. 2003-cü ildə ABŞ-ın yanında cəbhəyə girən Körfəz ölkələri bu gün eyni rolu üzərinə götürməyə hazır deyil. Əvəzində, müharibənin təsirlərini məhdudlaşdırmağa, gərginliyi nəzarətdə saxlamağa və prosesi mümkün olan ən az itki ilə geridə qoymağa çalışırlar.

Ərəb mediasında tez-tez vurğulanan “ehtiyatlı gözləmə” anlayışı əslində şüurlu strategiyanı əks etdirir. Körfəz ölkələri ABŞ ilə İran arasında baş verə biləcək müharibənin tərəfi olmamağı, lakin nəticələrindən ən az zərər görən aktorlar sırasında yer almağı hədəfləyir. Bu yanaşma Körfəzin artıq yalnız hərbi ittifaqlara deyil, iqtisadi sabitliyə və regional balanslara əsaslanan yeni təhlükəsizlik anlayışı formalaşdırdığını göstərir.

Aytac,

Sitat.info 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sitat.info
archiveBu xəbər 03 Fevral 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see654

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see264

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see252

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see244

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see180

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see169

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see158

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see150

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see149

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see146

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri