Icma.az
close
up
RU
Siyasi psixopatlar

Siyasi psixopatlar

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Dünyanın hər yerində olduğu kimi, bizim siyasətdə də belə siyasətçilər var. Bu psixopatlar, mənfi hirsin, qisas hissinin və emosiyaların təsiri altına düşüb qərar verən, yalnız o boşluqda özünü görə bilən, şəxsi hisslərini hər şeydən üstün tutan, subyektiv siyasətçilərdir. Onlar mənfi məziyyətlərin təsiri altında hətta simasında dəyişkənlik yarada bilən, impulsiv siyasətçilərdir. Düşünülməmiş plansız qərarları ilə öz siyasi kitabını bağlayan qisasçı siyasətşünaslar... sizlər emosional manipulyatorlarsınız.
Ölkədə baş verən planlı, strateji və müdrikcəsinə həyata keçirilən, dövlətçilik maraqlarının təminatına yönəlik bütün siyasi addımları başqa cür yozub spekulyantlıq və manipulyasiya edən, özünü siyasətçi sayanlar siz yuxu yozanlar kimi davranırsınız. Bu, siyasət meydanıdır, yuxu meydanı deyil.
Ukraynalı jurnalistin sualını manipulyasiya edib guya siyasi şərh verməyə cəhd edən şəxs siyasi düşüncə sahibi ola bilməz və heç vaxt uğur qazana bilməz. Elə buna görə də uğursuzluq kəmərini belinizdən çıxara bilmirsiniz. Siz artıq ictimai-siyasi maskanı atıb iç üzünü göstərənlərdənsiniz. Maskalanmış siyasətçilərsiniz və xalq, cəmiyyət sizin transformasiyanızdan, keçirdiyiniz neqativ mutasiyadan artıq xəbərdardır.
Bu neqativlərdən qurtulmağınız mümkün deyil. Gedin, ayrı bir işlə məşğul olun inanın, bu sizə fayda verər. Özünüzü siyasətçi kimi bitirmisiniz, heç olmasa insan kimi deqradasiyanızın sonunda bunun qarşısını alın. Xarakterinizlə siyasi yolunuz arasında böyük bir uçurum var. O uçurumdan düşməyinizi nə və ya kim saxlayır bir düşünün, diqqətlə! Bəlkə də egonuzun sizi deformasiya etdiyini anlayıb, o daşı ətəyinizdən atarsınız. Vallah, o daş sizi incidir buraxın onu.
Rusiya ilə münasibətlərin bu səviyyəyə çatması, Rusiyanın Cənubi Qafqazda hərbi, tarixi və iqtisadi təsirinin azalması və əlindən çıxması ilə bağlıdır. Bu, əslində geosiyasi davranışın təzahürüdür. Lakin regionda özünü nizamlayıcı güc kimi təqdim edən Rusiya artıq bu statusun təsirini itirdiyini anlamaq istəmir. 44 günlük müharibə isə bunu açıq şəkildə göstərdi. Nəticə etibarilə bu, bizi o məqama gətirib çıxarır ki, artıq regionun nizamlayıcı gücü Azərbaycandır. Bu, yeni reallıqların ərsəyə gətirdiyi siyasi faktdır. Rusiyanın diplomatik və ritorik davranışları onu göstərir ki, onlar ərazi bütövlüyümüzü qəbul etsələr belə, ermənipərst ritorikadan hələ də əl çəkmirlər. Amma hazırkı Ermənistan rəhbərliyi artıq anlayır ki, yaxın gələcəyə hesablanmış və sonu mütərəqqi görünməyən bu davranışlardan uzaq durmaq daha məqsədəuyğundur. Yalnız bu halda öz dövlətinin regionda müəyyən maraqlarını təmin edə bilər.
Siz isə anlamırsınız ki, Ukraynadakı müharibə tamam fərqli xarakter daşıyır. Güc balansı və qüvvələr nisbəti baxımından bu məsələlər bir-birindən fərqlənir. Əks halda bu məsələ çoxdan həll olunmuş olardı.
Nəzərə almaq lazımdır ki, biz regionun reallıqlarını məhz öz gücümüz və öz qüdrətimiz hesabına dəyişə bildik. Bu siyasi ayrıntılar mütləq şəkildə nəzərə almaq lazımdır.
Ramil Hüseynov, "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin rəhbəri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 İyul 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see474

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see345

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see316

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see286

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see258

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see256

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see252

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see246

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see236

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see225

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see212

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see210

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see210

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see209

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see205

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see203

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see203

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see200

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see193

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri