Icma.az
close
up
RU
Psixoterapevt: Peşələrini sevən insanlar həyatlarının hər anını müsbət yaşamağa çalışırlar

Psixoterapevt: Peşələrini sevən insanlar həyatlarının hər anını müsbət yaşamağa çalışırlar

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 may, AZƏRTAC

“Düşüncə xəritəsində peşəyə münasibəti sevgi və bacarıq anlayışları tənzimləyir”.

AZƏRTAC xəbər verir ki, bu fikri Səhiyyə Nazirliyi 2 nömrəli Kliniki Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov açıqlayıb.

Onun sözlərinə görə, insan sevdiyi işdə fədakarlıq edir: “Fədakarlıq etdiyi işdə isə hər zaman öyrənməyə meylli olur. Bacarmaq sevdiyin işdə fədakarlıq etməkdir. Peşə seçimində tərəddüd etmək özgüvən əskikliyidir. Çünki insan bacarmayacağını düşünür. Avtomatik düşüncələrinin reallığını sorğulaya bilmədiyi üçün emosional gərginlik yaşayır. Bu zaman insan adekvat reaksiyalar verə bilmir”.

Psixoterapevt vurğulayıb ki, düşüncə xəritəsini düzgün müşahidə edən şəxslər səhv qərarlarının da arxasınca gedirlər: “Səhvlərindən dərs çıxarmağı da bacarırlar. Məna yükləmədikləri üçün fəlakətə çevrilmir. Səhv etmək də doğrudur. Ona görə doğrudur ki, səhv edən insan müqayisə etməyi bacarır və doğrunun nə olduğunu bilməyə cəsarətli olur. Düşüncə xəritəsi ilə tanış olan şəxs peşə seçimində və peşə fəaliyyətində uğurlu olur. Öz təcrübələrini və keyfiyyətlərini uyğunlaşdırmağı bacarır. Özünü kəşf etməklə gələcəyi ilə bağlı doğru qərar verir. Psixoloji dəstək alaraq obyektiv yanaşmanı öyrənir. Özünü tənqidi formalaşdırır. Peşə fəaliyyətinin çətinliklərini qəbul edir. Yumşaq bacarıqlarının inkişafı üçün addımlar atır. Həyatında maneə kimi gördüyü düşüncələrini idarə edərək, onları yeni və müsbət düşüncələrlə əvəzləyir”.

Rövşən Nəcəfov bildirib ki, peşə fəaliyyəti insanın özünə münasibətini müəyyən edir: “Öz peşələrini sevən insanlar həyatlarının hər anını müsbət yaşamağa çalışırlar. Gözləntiləri onları səhv seçimlərə təhrik etmir. Yaşamaq hər zaman asan olmaya bilər, amma doğru olan bizi yormayacaq”, - deyə psixoterapevt əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri